Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56

ABŞ Səfirliyi dediyinin üzərində durur


ABŞ bayrağı
ABŞ bayrağı
.
ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Administrasiyasi siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun seçki saxtakarlığı təklifinin səfir Morningstardan gəldiyi barədə dediklərinə münasibət bildirib.

Səfirliyin internet səhifəsində verilən açıqlamada deyilir ki: «ABŞ Səfirliyi Dövlət Departamenti sözçüsünün bu iddiaların həqiqət olmadığı barədə bəyanatının üzərində durur. Biz özəl diplomati görüşlərin məzmununu müzakirə etməyəcəyik və bu cür görüşlərin məzmununun açılması qəbul edilməzdir».
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev seçkidən sonra bir neçə mediaya müsahibəsində ABŞ rəsmilərinin onlara prezident seçkilərində Milli Şuranın namizədinə 25, YAP namizədinə isə 74-75 faiz səs verməyi tövsiyə etdiyini söyləmişdi.
ABŞ-ın Azərbaycandaklı Səfirliyi Ramiz Mehdiyevin dediklərini yalan, ABŞ Dövlət Departamentinin sözçüsü isə tamamilə saxta adlandırmışdı.
Prezident Administrasiyasi siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oktyabrın 17-də bu məsələyə yenidən qayıdıb. O, Gün.Az-a müsahibəsində deyib ki, Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmləri ABŞ tərəfi, konkret olaraq, səfir Morningstar Azərbaycan Prezidenti Administrasiyası və hökumət nümayəndələri ilə görüşlərdə söyləyib.
XS
SM
MD
LG