Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:27

Kitabı oxucuya satmağın yolları (Məsləhətlər)


-

"Kitabı necə satmalı". Bu, nəşriyyat işi və marketinq sahəsində böyük təcrübəsi olan Alison Baverstock-un (Alison Baverstok) Azərbaycan dilinə çevrilmiş araşdırmasının adıdır.

"Oxu zalı" Bakı Kitab Klubuna istinadla xəbər verir ki, yeni kitab öz əsərini bazara çıxarıb satmaq, pul qazanmaq istəyənlər üçündür.

"Əgər kimsə deyirsə ki, kitabının bestseller olmasını istəmir, ona inanmayın".

Bunu kitabın ilk səhifəsindəcə qeyd edən müəllif bazarda ən çox satılan kitabların kimlər tərəfindən yazıldığını araşdırıb. Məlum olub ki, bunlar ya cəmiyyətdə çox yaxşı tanınan şəxslərin kitablarıdır (məşhur aktyorlar, tanınmış aşpazlar və b.), ya da məşhur TV proqramları ilə bağlı kitablar.

Kitab müəllifinə görə satılır. Ona görə də yazarlar ölkə miqyaslı TV-lərdə hətta kitaba, yazıçılığa dəxli olmayan sahələrdə görünməli, adını, imzasını tanıtmalıdır. Kulinariya proqramı olsun, ya abort haqda qızğın debatlar, fərqi yoxdur.

Alison Baverstock öz məhsulunu satmaq istəyən yazarlara onlarla başqa məsləhətlər də verir.

Hər bir yazar öz auditoriyasını bilməli, tanımalıdır. Əgər qadın mövzularında yazırsızsa, kitabınızı nəşriyyata verib sonra da oturub satılmasını gözləməyin, zəhmət çəkib kitabınızı qadınların çoxluq təşkil etdiyi idarə və təşkilatlarda təqdim edin, qadın proqramlarına çıxın, qadın jurnallarında kitab haqda yazı verdirin.
XS
SM
MD
LG