Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:09

«Qanun» nəşriyyatında yoxlamalara başlandı [Video]


«Qanun» nəşriyyatının kompüter və sənədləri aparıldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

«Qanun» nəşriyyatının kompüter və sənədləri aparıldı

-
Bu barədə AzadlıqRadiosuna nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat verib.

Onun dediyinə görə, noyabrın 1-də vergi əməkdaşları xəbərdarlıq etmədən nəşriyyata məxsus bütün kompüter və sənədləri aparıblar:

«Deyirlər bu, növbədənkənar səyyar vergi yoxlamasıdır.

Amma yoxlamaya gələndə, xəbərdarlıq edilməlidir.

Yoxlama aparmağa məhkəmənin qərarı olmalıdır.

Amma bunların heç biri olmayıb. 20 nəfər bizim nəşriyyata gəlib, vergi sənədlərimizi, bütün kompüterlərimizi götürüb aparıblar.

Yoxlama aparılan zaman əməkdaşlarımızı binaya buraxmayıblar. Nəşriyyatın işi iflic vəziyyətinə düşüb».

Vergilər Nazirliyindən mətbuata yoxlamaların aparılmasını təsdiqləyərək bunun qanunauyğun olduğunu bildiriblər.
XS
SM
MD
LG