Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:47

G. Əhmədova: Yaxınlaş qulağına deyim...


Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: Publika.az)
Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: Publika.az)
.
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib.
Prosesə qatılanlar yoxlanılıb, jurnaistlərin foto və video çəkilişlərinə icazə verilməyib. Gülər Əhmədova prosesə hər zamankı libasında- qara geyimdə və bənövşəyi örpəkdə gəlib.
Məhkəmə hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilib.

Prosesdə şahid ifadələri dinlənilib. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da ifadə verib.

PUL SÖHBƏTİNƏ GÖRƏ MÜNASİBƏTLƏR PİSLƏŞMİŞDİ
O ifadəsində bütün baş verənlərdən xəbərdar olduğunu deyib. Anasının ona hər şeyi dediyini bildirib:
«Anamın pul söhbətinə görə Gülər Əhmədova ilə arası dəymişdi. 2012-ci ildə anam dedi ki, Gülər ona zəng edib, görüşmək istəyir. Axşam evə qayıdanda anam qanıqara idi. Dedi ki, Elşad Avdullayev bu yaxınlarda videogörüntülər yayacaq. Anam video yayılana qədər Türkiyəyə getməli idi. Dedi qalsa həm Gülər üçün, həm də özü üçün pis olacaq».
Ayxan Məmmədov bildirib ki, 2012-ci il noyabrın 10-da anasının yanına- Türkiyəyə yollanıb. O, anasını Bakıya gətirməyə çalışdığını deyib. Həmçinin bildirib ki, Sevinc Babayeva Türkiyədə Səlcuq Ağlayan adlı şəxsin himayəsində olub:
Sevinc Babayeva
Sevinc Babayeva
«Anam İstanbulda 2 otaqlı evdə kirayə qalırdı. Maddi durumu çox pis idi. Hətta yeməyi də yox idi. Məni hava limanında Səlcuk Ağlayan adlı şəxsin oğlu qarşıladı. Bizi hansısa restorana apardılar. Ordan «Skype»la Gülərlə danışdıq. Söhbətdə daha 2 vəzifəli şəxsin də adı çəkilirdi. Anam Bakıya qayıtmaq istəyirdi. Gülər Əhmədova anama deyirdi ki, ara sakitləşsin, sonra qayıdar. Bildiyimə görə bir dəfə Gülərin yoldaşı Fikrət anama 1000 dollar pul aparıb».

20 MİN DOLLAR YASA XƏRCLƏNİB...
Ayxan Məmmədov anasının əlində olan sənədi ilə xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyib. O bildirib ki, anası Səlcuq Ağlayanı Gülər Əhmədova vasitəsilə tanıyıb:
«Anam zəng edəndə Səlcuq Ağlayanın nömrələrindən istifadə edirdi. O Səlcuqu Gülər vasitəsilə tanıyıb. Anamı ora Gülər Əhmədova göndərmişdi. Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Sonra məbləğ artıb 20 min oldu. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orda olanda Səlcuq mənə “Başın sağ olsun, anan rəhmətə getdi” məzmunlu mesaj yazdı. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul Səlcuq Ağlayana çatmalı idi. Lakin Səlcuq qorxduğu üçün pulu götürmədi. Həmin pullar anamın yas mərasiminə xərcləndi».

«ALLAHU ƏKBƏR»YAZILAN DÖYMƏ...
Daha sonra Gülər Əhmədova Ayxan Məmmədova suallar ünvanlayıb. Onu nə vaxtdan tanıdığını, anasının aldığı evlər, maşınlar haqda soruşub. Sualları cavablandıran Ayxan Məmmədov bildirib ki, 2005-ci ildən sonra anasının Gülər Əhmədovaya münasibəti pis olub:
«Anamın çörəyinə bais oldun. Elşadla aralarını vurdun. Ona kimi anam universitetə tələbələr».
Elşad Abdullayev Sevinc Babayeva ilə söhbətləşərkən (Youtube)
Elşad Abdullayev Sevinc Babayeva ilə söhbətləşərkən (Youtube)
Gülər Əhmədova ona cavabında bildirib ki, Sevinc Babayeva ilə söhbət edəndə Ayxan onların yanında olmayıb:
«Sənin bizim nələr danışdığımızdan xəbərin yoxdur. Ortancıl oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram. Sənin ananın qolunda «Allahu-əkbər” yazılan döymə vardı. Onu xatırlayırsan? Onu niyə yazdırmışdı?” Ayxan cavabında «Xatırlayıram, amma nə ilə bağlı olduğunu bilmirəm».
Bu vaxt Gülər Əhmədova Ayxana «yaxınlaş qulağına deyim” dedi və hakimdən Ayxanın ona yaxınlaşması üçün icazə istədi. Hakim buna icazə vermədi.
Öncələr Ayxan Məmmədov istintaqa 8 dəfə ifadə verib. Məhkəmədə verdiyi ifadəsi ilə 28 noyabr 2012-ci ildə verdiyi ifadəsində ziddiyətlər aşkarlanıb.

DİGƏR ŞAHİD İFADƏLƏRİ...
Ayxan Məmmədovun ardından daha 2 şahid ifadəsi dinləildi.
Şahid Vidadi Qədirov ifadəsində Sevinc Babayeva ilə yaxın münasibətləri olduğunu deyib.
«1998-ci ildən 2004-cü ilə qədər yaxın münasibətimiz olub. Gözəl qadın idi, ondan xoşum gəlirdi. Ev tutumuşdum, birlikdə qalırdıq. Sonra dost kimi ayrılmışıq. Ayrılandan sonra maddi durumu düzəlmişdi. Deyirdi Elşad Abdullayev sağ olsun, ona çox kömək edir. Hadisələrdən sonra Sevinc Türkiyədən zəng edib, ona kömək etməyimi xahiş edirdi. Mən də dedim ki, gəl ifadəni ver. Mənə bildirdi ki, Azərbaycana həbs olunmaqdan qorxduğu üçün gəlmir. Gülər Əhmədova ilə bağlı danışanda isə «Gülər mənə deyir ki, Türkiyədə, yaxşı olar», deyirdi».
Məhkəmə prosesində digər şahidlər- Səyyarə Heydərova, Namiq Muradov, Nazim İsmayılov dindirilib.

Namiq Muradov və Natiq İsmayılov ifadələrində Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini deyiblər. Şahidlər ifadələrində bildiriblər ki, Sevinc Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib:
«Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Biz də kömək etdik».
Şahid qismində Rüfət Hüseynov da dindirilib. O, ifadəsində Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu deyib:

«Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər. Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar. Fikrət Əhmədova və Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər».
Rüfət Hüseynov Sevinc Babayevanın Türkiyəyə gediş bileti özünün aldığını deyib:
«Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim».
Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadəsi də dinlənilib. Bu ifadədə Rüfət Hüseynov Sevinc Babayevaya bileti Toğrul Əhmədovun göstərişi ilə aldığını deyib. Ancaq şahid məhkəmədə bunu təsdiq etməyib.
Məhkəmə prosesi noyabrın 7-də davam edəcək.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Videoda prezident İlham Əliyevin, prezident administrasiyasının rəhbəri Ramiz Mehtiyevin, Milli Məclisin spikeri Oqtay Əsədovun adları çəkilir.
Bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG