Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Azərbaycanda inanclılara məscid çatırmı?


Azerbaijan-Taza Pir mosque-12Dec2012
Azerbaijan-Taza Pir mosque-12Dec2012
Dini İşlər üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, hazırda Azərbaycanda 1834 məscid var. Bu da o deməkdir ki, təxminən 5 min insana 1 məscid düşür. Belə olduğu halda, inanclı insanlar üçün kifayət qədər məscid varmı, onlar ibadət üçün yer tapa bilirlərmi? Üstəlik, bir neçə il bundan qabaq bir sıra məscidlərin - xüsusən də qeyri-ənənəvi dini cərəyanların daşıyıcılarının getdiyi Yasamal məscidi, Şəhidlər məscidi və Əbu-Bəkrin olmaması hansı problemlər yaradır? “İslam və demorkatiya” verilişində məhz bu məsələ müzakirə olunur.

"İslam və Demokratiya"nı burada dinlə


"ONSUZ DA MƏSCİDƏ DAVAMLI GƏLƏN YOXDUR"

Ümid qəsəbəsi icma rəhbəri Ramin Həsənzadə hesab edir ki, hazırda Azərbaycanda inanclı insanların sayı o qədər də çox deyil. İnsanların məscidə ən çox getdiyi Cümə günlərində belə Allah evləri yarıdan artıq dolmur.

“Hələlik məscidlər inanclı insanları qəbul etməyə hazırdır. Ola bilər ki, 5-10 ildən sonra yeni məscidlərə ehtiyac olsun. Düzdür, dini mühitdə böyüyən insanlar Azərbaycana düşəndə çaşıb qalırlar. Amma səbr etmək lazımdır”.


"İLK MƏSCİD SÖKƏN ELƏ MƏHƏMMƏD PEYĞƏMBƏR OLUB"

İcma rəhbəri deyir ki, İslam tarixində ilk dəfə Hz.Peyğəmbərin göstərişi ilə məscid sökdürülüb:

“Çünki orada bir dəstə insan İslam adı altında fitnə-fəsad törədirdi. İndi də o həddə çatdırmaq lazım deyil ki, məmur gəlib məscidi söksün. Biz də məsciddə xütbələrimizi söyləyirik, sözümüzü deiyrik. Xırda şeyləri böyüdüb problemlər yaratmaq lazım deyil.

R.Həsənzadə deyir ki, Azərbaycanda ənənəsi olmayan yeganə təriqət vəhhabilik və ya sələfi adlanan təriqətin sahibləridir. Onların məscidinin bağlanmasına görə məmurları yox, həmin məzhəbin daşıyıcılarını günahlandırmaq lazımdır:

“Çünki məscid Allahın evidir. Bunlar isə qumbara atıb partladırlar. Məscid fəsad salınan, siyasi iğtişaşlara yola açan yer olmamalıdır. Hazırda Azərbaycan məscid erməni kilsələrə oxşayır. Tarixə erməni kilsələri həmişə silah anbarı və erməni üsyanlarını idarə edən bir orqan olub. Bir dəstə insana məscidi allah ibadətdən alıb öz ambisiyalarına çeviriblər”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla deyir ki, Bakının istənilən hissəsində kifayət qədər məscid var. Və hazırda məscidlərə axın olduğunu da demək olmaz:

“Bakının hər bir səmtində - Binəqədi, Mehdiabad, Bibiheybət, Təzə Pir və digər yerlərdə iri məscidlər var. İndi Zeytunluqda dünyadakı ən böyük məscidlərdən biri tikilir. Məscidlərə ehtiyac olanda dini komitəyə müraciət olunur”.


SƏLƏFİ VƏ NURÇULAR ÜÇÜN MƏSCİDƏ EHTİYAC YOXDUR

Hacı Fuad Nurulla hesab edir ki, şiədən fərqli digər təriqətlərin nümayəndələri üçün ayrıca məscidə ehtiyac yoxdur:

“Məscid Allahın evidir, qapıları hər kəsin üzünə açıqdır. İstənilən məsciddə istənilən təriqət sahibi azad ibadət edə bilər, buna məhdudiyyət qoyulmur. Amma dövlətçiliyə, ənənəvi dini əqidələrimizə zidd hansısa təriqətin (vəhhabilik, babilik, bəhailik, nurçuluq və s. buna aiddir), əhli-sünnə və əhli-şiə bir-biri ilə xoş münasibətlərini maneə yaradan hər hansı yanlış təriqətlərin qarşısı alınır”.

İslam və Demokratiya verilişindəki müzakirəni buradan dinlə və sən də fikrini de.


Fərqli dini məzhəblər üçün ayrıca məscidlər lazımdırmı?
XS
SM
MD
LG