Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 13:20

Gələn ilin büdcə layihəsi müzakirəyə çıxarılıb


Milli Məclis
Milli Məclis
-
"Azərbaycanın dövlət büdcəsi Gürcüstanın dövlət büdcəsindən 5 dəfə, Ermənistanın dövlət büdcəsindən 6 dəfə çoxdur" – Milli Məclisdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə belə deyib.
Onun sözlərinə görə, gələn ilin büdcəsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək:
"Azərbaycanda adambaşına düşən ümumdaxili məhsulun həcmi MDB-dəki respublikaların çoxundan yüksəkdir. Bu, heç də neft amili ilə bağlı deyil.
5 ŞƏHƏR BÜDCƏDƏN AYRILIR
Ziyad Səmədzadə deyir ki, gələn il 5 şəhər ilk dəfə ölkə büdcəsindən dotasiya almayacaq:
"Dövlət büdcəsində Azərbaycanın uğurlu inkişafını doğuracaq bu amillər daha da gücləndirilməlidir".
“BƏZİ MÜXALİFƏT QƏZETLƏRİ YAZIRLAR Kİ...”
Deputat Azərbaycan büdcəsində sosial xərclərin azalması ilə bağlı bəzi müxalifət qəzetlərində yazılanlarla razılaşmadığını bildirir:
"Bunu yazanda daha çox Gürcüstana istinad edilir və Azərbaycan həmin ölkə ilə müqayisə olunur. Mən bəzi araşdırmalar apardım. Məlum oldu ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5 dəfə, Ermənistanın büdcəsindən 6 dəfə çoxdur. Ona görə də populist çıxışlar qəbuledilməzdir. Büdcəni təkcə faizlərə görə qiymətləndirmək olmaz".
Müzakirələr davam edir.
XS
SM
MD
LG