Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:17

“Azadlıq” qəzetinin çapı dayandırıldı [VIDEO]


"Azadlıq"ı öz gözünlə gör
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

"Azadlıq"ı öz gözünlə gör

-
“Azadlıq” qəzetinin çapı dayandırıldı. Bu barədə qəzetin Facebook səhifəsində xəbər verilib.

Məlumatda deyilir ki, “Azərbaycan” nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin çapını dayandırıb. Qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq. Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil:

“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib.

Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib.

Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb.
Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün “Azadlıq” qəzeti kampaniya başladıb.

Kampaniya hazırda davam edir. Qəzet yerli və beynəlxalq ictimaiyyətin dəstəyini almağa davam edəcəyinə ümid bəsləyir”.

Məlumatda deyilir ki, “Azadlıq” ən tez zamanda yenidən oxucuları ilə görüşə bilmək üçün ondan asılı olan hər şeyi edəcək.

“Azadlıq”ın rəhbərliyi bildirir ki, qəzetin çapı dayandırılsa da, onun saytı fəaliyyətini davam etdirir.
XS
SM
MD
LG