Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:03

Müxalifət sanki bir dalandan o birinə qaçır...


Arxiv foto: Musavat partiyasının başqanı İsa Qəmbər (solda), Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli (ortada), AXCP sədri Əli Kərimli (sağda) Milli Şuranın prezident seçkisi ərəfəsində keçirilən mitinqdə. 22 sentyabr 2013
Arxiv foto: Musavat partiyasının başqanı İsa Qəmbər (solda), Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli (ortada), AXCP sədri Əli Kərimli (sağda) Milli Şuranın prezident seçkisi ərəfəsində keçirilən mitinqdə. 22 sentyabr 2013
Adətən seçkidən sonrakı dövr müxalifət düşərgəsində kəskin bəyanatlarla yadda qalır.

Bu dəfə də belə oldu-müxalifətçilər seçkinin nəticələrinin ləğv edilməsini, təkrar seçkilər keçirilməsini tələb etdilər və ictimaiyyətə beynəlxalq təşkilatların da onların bu tələbi ilə razı olması haqda ismarışlar göndərdilər.

Amma nə seçkilər ləğv olundu, nə də təkrar seçki keçirildi. Üstəlik, təbriklə bağlı «gecikmiş» dövlətlər də sonda vəziyyətlə barışaraq özlərinin təbrik teleqramlarını gec də olsa İ. Əliyevə çatdırdılar.

Ya bunları bildiklərindən, ya da başqa bir səbəblərdən müxalifətçilərin özləri də tədricən siyasi gündəmi başqa xəbərlə zəbt etməyə cəhd etdilər.

YENƏ DƏ MİLLİ ŞURA…

İndi gündəmdə əsas məsələ Milli Şura və bir də bu quruma sədrlik məsələsidir: kimi həmsədrlik institutunun yaradılmasını tələb edir, kimi də, ümumiyyətlə, R. İbrahimbəyovun bu postdan istefa verməsini və onun əvəzinə C.Həsənlinin sədr seçilməsini təklif edir.

Doğrusu, R. İbrahimbəyovun bu postda qalmağı israr etməsi bir qədər təəccüblü görünür. Ən azı ona görə ki, müxalifət seçki ərəfəsində onun yaratdığı problemləri zorla həll edə bildi.

Ən maraqlısı odur ki, bu problemlər əvvəlcədən proqnozlaşdırılırdı, onlar haqqında imkan daxilində deyilir və yazılırdı.

Amma sonda nə oldu? R. İbrahimbəyov özünün çox güclü mütəxəssislərlə əhatə olunduğunu iddia etsə də, sonda məlum oldu ki, nə o, nə də onun hüquqşünasları hətta adi hüquqi proseduraları belə yetərincə bilmirlər.
...tele-debatlardan ruhlanan müxalifətçilər indi də özlərini elə aparırlar ki, sanki C.Həsənlini təzədən kəşf ediblər və uzun zaman müxalifət düşərgəsində bir o qədər də nəzərə çarpmayan bu müxalifət funksionerini özlərinin bu vaxta qədər axtardıqları əsl müxalifət lideri hesab edirlər.

Nəticədə elə ola bilərdi ki, heç seçkidə iştirak da olmazdı və bu gün müxalif düşüncəli insanların qürurla xatırladıqları kəskin bəyanatların özü bələ səslənməzdi.

Bəlkə də kiməsə o çıxışlar bir o qədər də önəmli görünməyəcək. Amma insanlar, heç olmasa, hiss etməlidirlər ki, bu ölkədə müxalifət var. Bunu hiss etdirməyin yolu isə seçkidə iştirak etmək və uğurlu siyasi debat aparmaq idi.

Di gəl, o da var ki, tele-debatlardan ruhlanan müxalifətçilər indi də özlərini elə aparırlar ki, sanki C.Həsənlini təzədən kəşf ediblər və uzun zaman müxalifət düşərgəsində bir o qədər də nəzərə çarpmayan bu müxalifət funksionerini özlərinin bu vaxta qədər axtardıqları əsl müxalifət lideri hesab edirlər.

PARTİYASIZ LİDER

Sözsüz ki, əksər müxalifətçilər C.Həsənlinin öz üzərinə düşən missiyanı çox şərəflə yerinə yetirdiyini deyirlər. Amma siyasət siyasətdir və R.İbrahimbəyov kimi C.Həsənlinin də problemi ondadır ki, o da özünü konkret bir müxalifət partiyası ilə bağlamayıb - bunun da təbii ki, həm müsbət və həm də mənfi tərəfləri var.

Əvvəla, müxalifət partiyalarının indiki durumuna nəzər salsaq, bu, o qədər də böyük problem deyil, amma müəyyən texniki çətinliklər yaratmaq iqtidarında olan məsələdir.

Təbii ki, bu çətinlikləri dəf etmək və müxalifət partiyalarının fəaliyyətini koordinasiya etmək olar.

Amma bir məsələ var ki, bəzi hallarda, xüsusən də gərgin anlarda Milli Şuranın daxilindəki siyasi abı - havanı iki əsas müxalifət partiyası müəyyən edir.

Onlardan biri - Müsavat indi öz nizamnamə öhdəlikləri ilə bağlı yaranmış problemi, partiyaya yeni sədrin seçilməsi məsələsini həll etməlidir. Hələki məsələ uzadılır. Partiya qurultay keçirmək üçün ona münasib yer verilmədiyini əsas gətirərək sədrlik məsələsinin həllini yubadır.
R.İbrahimbəyov kimi C.Həsənlinin də problemi ondadır ki, o da özünü konkret bir müxalifət partiyası ilə bağlamayıb - bunun da təbii ki, həm müsbət və həm də mənfi tərəfləri var.

Maraqlıdır ki, bu partiyanın da üzvləri arasında C. Həsənlini sədr görmək istəyənlər var. Amma bütövlükdə partiyanın bu məsələyə münasibətini müəyyən etmək hələ çətindir, çünki iddialılar burada da yetərincədir.

Xüsusən də nəzərə alanda ki, partiyalarda funksionerlərin qısqanclığı deyilən bir şey də olur, onda partiyaya kənardan gələnlərin yolunda necə bir maneələrin olduğu bir daha aydınlaşar.

Həm də bir məsələ var. İndi liderlər özlərini mənsub olduqları partiyalara bağlamağı bir o qədər də sevmirlər.

Düzdür, bu yolu tutan liderlərdən heç birinə heç olmasa hansısa müxalifət blokunun da lideri olmaq qismət olmadı. Amma C. Həsənli onlardan bəlkə də yeganəsidir ki, onun Milli Şuraya sədr olması və bir qrup müxalifət partiyasının fəaliyyətini koordinasiya etməsi tamam real sayılır.

Yazını «dalan» sözü ilə başladıq. Məsələ bundadır ki, ən absurd vəziyyət onda başlayacaq ki, Milli Şura yenidən İctimai Palata kimi bir təşkilata transformasiya edəcək.

O vaxt bütün bu prosesləri kənardan seyr edənlər «Mavr işini gördü, Mavr getdi!» deməyəcəklərmi?

Bunlar müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma yaz, polemikaya qoşul.
XS
SM
MD
LG