Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:33

Bəzi soyad sonluqlarından az istifadə edilir


-
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova belə deyir.

Azərbaycanda son dövrlərdə soyadlarını milliləşdirən şəxslər daha çox -lı, -li, -lu, -lü və - zadə soyad sonluqlarından yararlanıblar.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova deyib.

S.Sadıqova bildirib ki, 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiqlədiyi qərarla soyad sonluqlarının dəyişdirilməsi üçün 5 variant tövsiyə edilib. Soyadı bildirən sözün kökünə -lı, -li, -lu, -lü, - zadə, -gil, -soy, kişilərə -oğlu, qadınlara -oğlu və ya -qızı soyad sonluğun artırılması təklif olunub:

«Hesablamalara görə, ən çox istifadə olunan -lı, -li, -lu, -lü və - zadə soyad sonluqlarıdır. Bunlara olan maraq bərabər səviyyədədir. Ancaq təəssüflə bildirmək istəyirəm ki, son dövrlərdə soyad sonluqlarının milliləşdirilməsi zamanı -lı, -li, -lu, -lü və - zadə formasına daha çox üstünlük verilsə də, -soy, -gil-dən az istifadə edilir».

S.Sadıqova deyir ki, soyad sonluqların dəyişdirilməsi məcburi deyil. Yeni doğulan uşaqların əksəriyyətinin soyadları milliləşdirilmiş formada olur.
XS
SM
MD
LG