-
Macarıstan yazıçısı Imre Kertesz xəstəxanaya düşüb.
84 yaşlı yazıçı noyabrın 19-da Budapeştdəki evində yıxılaraq qabırğasını qırıb və təcili əməliyyat olunub.
2002-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Kertesz-in vəziyyəti indi, həkimlərin verdiyi məlumata görə, sabitdir.
Onun xəstəxanada nə qədər yatacağı hələ ki bilinmir, amma ümumilikdə bərpa prosesi 3 ayacan çəkə bilər.
Kertesz 2-ci Dünya Müharibəsi vaxtı yəhudilərə qarşı soyqırım həyata keçiriləndə Osvensim və başqa ölüm düşərgələrində cəza çəkib.
Hazırda Parkinson xəstəliyindən əziyyət çəkir.
Onun ən məşhur əsəri olan “Talesizlik” yarıavtobioqrafikdir və bir yeniyetmənin ölüm düşərgəsindəki günlərindən bəhs edir.
Əsər 1975-ci ildə çap edilib.
AP