Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:37

Nakam şairlərə vəfa borcu verildi…


-
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb.

Birlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, «Nakam şairlər» adlanan yeni kitab Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində hazırlanıb.

Nəşrin tərtibçisi və redaktoru Əkbər Qoşalıdır.

Nəşrin məsləhətçiləri Prof.Dr. Almaz Ülvi və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı, rəyçilər DGTYB Təsisçilər Şurasının üzvü, «Fəxri gənc» ödülü laureatı Dos.Dr. Rəsmiyyə Sabir, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıoğlu və «Birlik» dərgisinin baş redaktoru İlqar İlkindir.

Kitabda gənc yaşlarında həyata gözlərini əbədi yummuş yeni nəsil Azərbaycan şairləri haqqında bilgilər və şeirlərdən örnəklər verilib.

Xəbərdə deyilir ki, DGTYB-nin bu nəşrdə həmişəgənc şairlərin yaradıcılığına müraciəti özləri həyatda olmasa da, sözləri həyatda olanlara vəfa borcundan irəli gəlir.

21 yaşlı Ülvi Bünyadzadənin 20 Yanvardan öncə yazdığı «AND» kitaba «Önsöz» yerinə verilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
XS
SM
MD
LG