Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Elif Şafak Nobel mükafatçısı ilə rəqib oldu


Elif Şafak "İsgəndər" romanının Azərbaycanca nəşrinin üz qabığında ("Qanun")
Elif Şafak "İsgəndər" romanının Azərbaycanca nəşrinin üz qabığında ("Qanun")
-

Ünlü Türk yazarı Elif Şafak ən nüfuzlu beynəlxalq ədəbi mükafatlardan olan İMPAC Dublin-i fəth etməyə daha bir cəhd edəcək.

Yazarın "İsgəndər" romanı mükafatın uzun siyahısına düşüb. Onun adlı-sanlı rəqibləri arasında Nobel mükafatçısı Mario Vargas Llosa da var.

Kitabları mükafata 39 ölkənin kitabxanaları namizəd olaraq təqdim edir.

Elif Şafakın "Eşq" romanı 2011-ci ildə sözügedən mükafata təqdim edilsə də, uğur qazana bilməmişdi.

“İsgəndər” adlanan romanın baş qəhrəmanlarından biri – Türkiyənin bir kürd kəndində anadan olan Pembe adlı qadındır. O ailə qurub əvvəl İstanbula, daha sonra Londona köçür. Yazıçı üç uşaqlı bu ailənin qürbətdəki həyatından bəhs edir. Buna bir “ana-oğul” romanı da demək olar. Romanın adı – Pembenin oğlu İsgəndərin adından götürülüb. Roman türk kişisinin şəxsiyyətinin necə formalaşması haqdadır.

IMPAC mükafatına ingiliscə yazılmış, eləcə də başqa dildə yazılsa da, ingiliscə çap edilmiş əsərlər təqdim edilə bilər.

Mükafatın təşkilatçısı İrlandiyanın paytaxtı Dublinin bələdiyyəsidir.

2003-cü ildə İMPAC mükafatını “Benim adım kırmızı” əsərinə görə başqa bir türk yazarı Orxan Pamuk qazanmışdı. Bu mükafatı alan bir çox yazar sonradan “Nobel”ə də layiq görülüb. İki mükafat arasında birbaşa əlaqə olmasa da, İmpac-ı “Nobelə” doğru pillə də sayanlar var. Pamuk İMPAC-dan 2 il sonra Nobel Mükafatına sahib olub.
XS
SM
MD
LG