14:17
29.11.2013
VİZA SADƏLƏŞDİRİLMƏSİNDƏ BUNLAR NƏZƏRDƏ TUTULUR
Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsinə bəzi qruplardan olan şəxslərə vizaların verilməsi prosedurlarının sadələşdirilməsi, viza üçün tələb olunan sənədlərin sayının azaldılması nəzərdə tutulur.
Sənədin tam mətni ilə burada tanış olmaq olar.
Razılaşma gələn il həm Azərbaycan, həm də Avropa Birliyində təsdiq edildikdən sonra qüvvəyə minəcək.

14:37
29.11.2013
Sammiti iştirakçıları Qarabağa sülh danışıqlarının gedişi barədə
Sammit iştirakçılarının qəbul etdikləri birgə bəyannamədə münaqişələr haqqında bunlar qeyd olunur:
“Vilnüs Sammiti iştirakçıları Avropa Birliyinin sabitlik və qarşılıqlı etimad yaradılması prosesində istiqamətində öz rolunu artırmaq planlarını alqışlayır... Onlar münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq tez bir zamanda sülh yolu ilə həllinin zəruri olduğunu vurğulayırlar. Onlar Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirdikləri Vyana görüşünü və Qarabağ münaqişəsinin həllinə dair müzakirələri gələcəkdə də davam etdirmək qərarlarını alqışlayırlar.
Sammit iştirakçıları həmçinin Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin addımlarını dəstəkləyir. Onlar 2008-ci il avqustun 12-dəimzalanmış atəşkəs razılaşması şərtlərinin icrasının və həmçinin Avropa Birliyinin Gürcüstanda monitorinq missiyasının zəruri olduğunu vurğulayırlar.”
Birgə bəyannamə Litva prezidentinin saytında ingilis dilində yayılıb. Sənədi buradan əldə edə bilərsən.
14:49
29.11.2013
Jurnalistləri ancaq informasiya ilə təmin etmirlər. Sammit təşkilatçıları tədbiri işıqlandıran jurnalistlərə yemək də verməyi unutmurlar.
14:53
29.11.2013
Azərbaycanla Avropa Birliyi arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanması mərasimi
Noyabrın 29-da Vilnüsda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Litvanın Xarici İşlər naziri Linas Linkevicius və Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Stefan Fuele vizaların sadələşdirilməsinə dair razılaşmanı imzalayıblar.