17:12
29.11.2013
5 şərt
Ukrayna prezidenti Viktor Yanukovych Avropa Birliyi ilə sazişə «hə» deməyin 5 şərtini açıqladı.
Rusiya mediasının yaydığı xəbərə görə (Правда.Ру) Vilnüsdə keçirilən zirvə toplantısına qatılan Ukrayna prezidenti 5 şərt yerinə yetirilərsə, Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalayacağını bildirib:
1. Avropa Birliyi (AB) Rusiya və Gömrük İttifaqının digər üzvləri ilə ticari və iqtisadi əməkdaşlıqdakı ziddiyyətləri çözsün.
2. AB Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə Ukraynanın əməkdaşlığını bərpa etsin.
3. AB Ukrayna ixracatının ayrı-ayrı sahələrinə hələ 20-ci əsrdə başlayanlar da daxil, tətbiq edilən məhdudiyyətlərə yenidən baxsın.
4. AB-nin büdcə sahə dəstəyi proqramı yenidən açılsın.
5. Ukraynaya makromaliyyə yardımına resurs ayrılsın.