-
Gülər Əhmədovanın məhkəməsi yekunlaşıb. Hakim ona 3 il həbs verilib. O həbsini ümumi rejimli cəzaçəkmə cəzaçəkmə müəsisəsində çəkəcək.
-
Dekabrın 2-də Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər məhkəməsində keçən prosesdə Gülər Əhmədova son sözlə çıxış edib. O iki saata yaxın çıxış edib. Özünün təqsirkar bilmədiyini, şərələndiyini, istintaqın gedişindən narazılığını dilə gətirib:
“İstintaqa bəzi məsələlər əlavə edilməyib. Sevinc Babyevanın yazdığı 7 mesaj, S. Babayevanın E. Abdullayevla yayılmış telefon danışıqlarının audiosu, S. Babayevanın Tavat Şirinova və Lyudmila ilə hüquq müdafiəçisi Novella Cəfəroğlunun ofisində çəkdirdiyi videolar, ora niyə getmələri əlavə olunsaydı mən bir ili burda oturmazdım. Sanki “Elşadın fikirləri təsdiq olunsun” kimi bir fikir görürəm. “Əgər siz bütün xaqlı idarə etmək istəyirsinizsə, onda onlara böyük yalan danışın” fikri var. Elşad da bu fikirdən istifadə edib.”
Sabiq millət vəkili Sevinc Babyevanın və E. Abdullayevdən ifadə almamalarını istintaqa irad tutub. İstintaq aktında göstərilən sübutların hüquqi sübutlar olmadığını deyib:
“Mənə pulu harda verib, nə vaxt verib? Bunun bir dəqiq vaxtı olmalıdır. Qanunu pozaraq əldə edilmiş sübutlar sübut sayıla bilməz. Buna konstitutsiyamız icazə vermir. Elşad deyir ki, onun etibarından sui istifadə etmişdik. O kimə etibar edirdi? Can bir olan dostunu da çəkib internetə yerləşdirən adamdır. Elşad mənə pul vermək cəsarətini özündə tapsaydı, pulu verib mütləq çəkəcəkdi. O cəsarət edib mənə pul verə bilərdi? Sevincin sonrakı teatr videolarımdan xəbərim olmayıb. Olsa idi onu gecə evimdə saxlayıb səhər ozum prokurorluğa təqdim edərdim”.
2 GÜN AC-SUSUZ QALMIŞAM
Gülər Əhmədova öz ifadəsinin əsas sübut kimi qeydə alınmasına etiraz edib. O. bu ifadəsini basqı altına verdiyini bildirib:
“Qazaxda mən yetərincə biabır olmuşdum. 2 gün ac-susuz qalmışam. Dedim buraxın sabah gəlib ifadəmi yazaram. Dedilər ki, indi yazmalısan. Yorulmusansa yaz ki, yorulmuşam, bezmişəm, Elşada pulu qaytarmaq haqqında düşünərəm. Mən də ifadəmi sonra dəyişə biləcəyimə əmin idim. Amma əvvəlcə öz fikrimi, ardınca da onların dediklərini yazdım. 17 dekabrda verdiyim ifadəm əsas sübut hesab edilə bilməz”.
DEMOKRATİYANIN NƏ OLDUĞUNU MƏN BİLMİRƏM
Gülər Əhmədova mandatından imtina etməsini suçu boyununa alma kimi qiymətləndirildiyini deyir.
“Demokratiyanın nə olduğunu bilmirəm. Ölkədə bunu ancaq 4-5 adam bilir. Mənim mandatımdan imtinamı günahı boynuma alamağım kimi dəyərləndirdi bəzi hüquq müdafiəçiləri, jurnalistlər. Mənim bununla bağlı iclas keçirmək imkanım yox idi ki? Demokratiya budursa mən yəqin ki bunu heç vaxt bilməyəcəm. Qurana əl basaram ki, mən dələduz deyiləm. Elşadın pulu məndə deyil. Ondan pul almamışam. Jurnalistlər bunu üzə çıxarmasa da tarix çıxaracaq. İş elə aparılır ki, Elşadın dediyi olsun. Məni yandıran budur”.
Gülər Əhmədova baş prokuror Zakir Qaralovun fikirlərini əsas gətirərək bir neçə sualın hələ də açıq qaldığını deyir:
“Eşlad Abdullayev Azərbaycana niyə gətirilməyib? Gətirilməyibsə istənilən yolla, hətta skype ilə niyə onun ifadəsi alınmayıb? S. Babayevanın yeri istintaqa məlum olduğu halda niyə onun ifadəsi bircə dəfə də alınmayıb? Ortada böyük məbləğ, dələduzluq söhbəti varsa niyə E. Abdullayev ya da S. Babyeva bircə dəfə də şikayət etməyib? Niyə 7 il susublar?”
MƏN DƏLƏDUZ DEYİLƏM
Gülər Abdullayeva hakimlərə müraciət edib. Qərar verərkən ədalətli olmaqla yanaşı ona qarşı mərhəmətli olmağı da xahi edib:
“ S. Babayevanın bacısı, oğlu, rəfiqəsinin ifadələri ziddiyətlidir. Qanun tələb edir ki, belə halda iş təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxs mənəm. Xahiş edirəm ki, sizin hökmünüz ekspertlərin hökmünə bənzəməsin. Nə Sevincin taleyini yaşamaq istəmirəm, övladımın da mənsiz böyüməsini istəmirəm.”
İfadəsinin sonunda keçmiş deputat prezidentə müraciət edib:
“Cənab prezident. Mən dələduz deyiləm. İllərlə sizin tanıdığınız adamam. Hər zaman H. Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu partiya yox əqidə məsələsidir. Zaman mənim günahsız olduğumü üzə çıxaracaq”.
Gülər Əhmədova ən böyük arzusunun ailəsinin yanına getmək olduğunu bildirdi
Məhkəmə günün 2-ci yarısı davam edəcək.