Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

Mykola Azarov: "Ukraynada dövlət çevrilişinə cəhdin əlamətləri görünür"


 Mykola Azarov
Mykola Azarov
Ukraynaın baş naziri Mykola Azarov bazar ertəsi axşam bəyan edib ki, paytaxt Kiyev və ölkənin digər yerlərində dövlət çevrilişinə cəhdin əlamətləri görünür.O xariçi ölkə səfirləri ilə görüşdə kütləvi etirazların nəzarətdən çıxdığını deyib.

Ölkədə hakimiyyətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.Aksiyalara səbəb Ukrayna hökumətinin Avropa Birliyi ilə asosasiv saziş imzalamaqdan imtina eləməsi olub.Bu saziş noyabrın 28-də Avropa Birliyinin Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammitində imzalanmalı ildi.

Şərq Tərəfdaşlığı sammitində məqsəd keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.Amma Rusiya bu respublikaların onun rəhbərlik etdiyi Vahid Gömrük İttifaqına qoşulmasını istəyir.

Qərb bu məsələdə Rusiyanı Ukraynaya təzyiq göstərməkdə günahlandırır.
XS
SM
MD
LG