-
Yaponiyada ilin ən çox satılan kitabının adı açıqlanıb.
Bu, məşhur yapon yazıçısı Haruki Murakaminin bu ilin aprelində çap edilmiş yeni romanıdır:
“Rəngsiz Tsukuru Tadzaki və onun səfərdə keçən illəri”.
Dekabrın 1-ə qədər Yaponiyada kitabın 985 min nüsxəsi satılıb.
Bu aylar ərzində kitab bir neçə dəfə təkrar nəşr edilib.
Çünki dükanlara daxil olan kimi oxucular kitabı “süpürüb”.
Romanın baş qəhrəmanı 36 yaşlı Tsukuru Tadzakidir.
Bu tənha kişi gənclik illərinin psixoloji travmasından – ali məktəb dostlarının ona arxa çevirməsinin acısından qurtulmağa çalışır.
Onun səfərə çıxması da bununla bağlıdır...
Kitab ingilis dilinə də çevrilir və gələn il çap ediləcək.
64 yaşlı Murakaminin əsərləri indiyəcən 40-dan çox dilə çevrilib.
ИТАР-ТАСС-a istinadla oxuzali.az