Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

İsa Qəmbər: «Milli Şura vəziyyətin dəyişməsi üçün yetərli deyil» [Video]


-

«Mənim 2013-cü ildə əsas məqsədim Azərbaycan müxalifətinin seçkidə iştirakını təmin etmək idi. Bütün addımlarım buna xidmət edib və mən şadam ki, məqsədimə nail ola bildim».

Bunu «İşdən Sonra» verilişində Müsavat başqanı İsa Qəmbər deyib:

«Milli Şura Azərbaycanda hakimiyyəti dinc yolla dəyişmək üçün demokratik düşərgənin istifadə etdiyi formatlardan biridir. İndi elə bir fikir yaranıb ki, Milli Şura çökür və təqsir Müsavat Partiyasındadır. Müsavat Partiyası Milli Şurada qalıb-qalmamaq məsələsini müzakirə edib qərarını verəcək. Ancaq mən demişəm ki, başqa dövlətin vətəndaşının sədrliyi, həmsədrliyi, fəxri sədrliyi olan Milli Şurada olmaq Müsavat üçün məqbul deyil. Rüstəm İbrahimbəyova bir ziyalı, intellektual kimi hörmətimiz var. İctimai-siyasi xadim kimi Rüstəm bəy bir sıra səhvlərə yol verdi ki, bunu müzakirə etmək istəmirəm. Nə qədər deyilsə də ki, fəxri sədr siyasi status deyil, Rüstəm bəyin siyasi proseslər barədə bəyanat verməsini və bu bəyanatın Müsavatın da mövqeyi kimi qəbul olunmasını istəmirəm. Biz Rüstəm bəyin sədrliyini o zaman qəbul etdik ki, onun Rusiya vətəndaşlığından çıxıb Azərbaycana gəlmək məsələsi var idi. Biz ölkədə vəziyyətin dəyişməyini istəyirik. Milli Şura bu gün ölkədə vəziyyətin dəyişməsi üçün yetərli deyil».
XS
SM
MD
LG