-
«İşdən sonra» verilişində iqtisadçı-ekspert Rövşən Ağayev və hüquqşünas Hafiz Həsənov «Qeyri-hökumət təşkilatları haqqında» qanuna dəyişikliklər haqda fikirlərini bölüşüblər.
«BU ADDIMLAR ÖLKƏDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MƏHVİNƏ YÖNƏLİB»
Hafiz Həsənovun fikrincə, bu dəyişiklər daha çox müstəqil fəaliyyət göstərən QHT-lərə təsir edəcək:
«Dəyişikliklər ciddi və radikaldır. Azərbaycan praktikasında indiyədək bu qədər dəyişiklik olmayıb. Praktika göstərir ki, bu dəyişikliklər daha çox müstəqil fəaliyyət göstərən QHT-lərə yönələcək, onların fəaliyyətini minimuma endirəcək. Bu addımlar ölkədə vətəndaş cəmiyyətinin məhvinə yönəlib. Dəyişikliklərin tonunda sanki bir hökm var».
«QHT-LƏRİ BOĞMAQ İSTƏYİRLƏR»
Rövşən Ağayev dəyişikliklərin şəffaflıqla bağlanmağını qəbul etmir:
«Vətəndaş cəmiyyəti şəffaflıq təşəbbüslərinə dayanır. Bu baxımdan cəmiyyətə şəffaflıq təbliğ edən qurumlar özləri də şəffaf olmalıdırlar. Lakin bu dəyişikliklər şəffaflıq mexanizmləri deyil, QHT-lərin boğulmasına yönələn mexanizmlərdir. Maliyyənin alınmasına nəzarət mexanizmləri var. QHT-lərin bank hesabları var, daxil olan vəsaitlər izlənilir. Müvafiq qurumlara hər rübdə hesabatlar verilir. Buna görə də maliyyə vəsaitlərinin gizlədilməsi mümkün deyil. Sərt maliyyə nəzarəti var. Vətəndaş cəmiyyəti təmsilçiləri bundan narazı deyillər. Buna görə də dəyişikliklərin şəffaflıqla bağlanması doğru deyil. Bütün bu dəyişikliklər bürokratik cəza aparatı olaraq düşünülmüşdür».