Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 21:05

Müəmmalı Anar Əliyevin müəmmalı məktubu [Video]


-

«İşdən Sonra» verilişində «Global Witness» təşkilatının hesabatında adıçəkilən Anar Əliyevin mediaya göndərdiyi məktubu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri üzrə QHT Koalisiyasının üzvü Zöhrab İsmayıl belə şərh edib:

«Hiss olunur ki, ARDNŞ bu hesabatdan narahat olub və izahat vermək istəyir. Sözsüz ki, bu hesabat şirkətin imici üçün müəyyən problemlər yarada bilər. Anar Əliyev özünün işadamı olduğunu bildirib. Onun məktubundan belə çıxır ki, təhlükəsizlik məqsədilə gizlənir. Məsələnin digər tərəfi budur ki, onun biznesinin mənbəyi, ilkin kapitalını haradan əldə etdiyi bilinmir. Onun adı yalnız SOCAR-la bağlı layihələrdə çəkilir. Neft Şirkəti iddia edir ki, Anar Əliyev onlar üçün sərfəli şərtlər irəli sürür. «Global Witness» təşkilatının hesabatından aydın olur ki, o, qısa müddət ərzində böyük pullar qazanıb. ARDNŞ əvvəlki şirkətlərin təklifləri ilə Anar Əliyevin şərtlərinin fərqlərini açıqlasa, bu iddia inandırıcı ola bilər. Digər tərəfdən, Anar Əliyev ödədiyi vergiləri açıqlamalıdır. Hesabat göstərir ki, Anar Əliyev oyunda sadəcə bir fiqurdur. Onun ictimaiyyətə çıxmamağı çox güman ki, bununla bağlıdır…».
XS
SM
MD
LG