-
21 dekabr Bakıda Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 15 illik yubileyi və "İlin fotoqrafı-2013" mükafatlandırma mərasimi keçirildi.
"İlin fotoqrafı-2013" mükafatını fotoqraf İlkin Hüseynov qazanıb.
Mərasimdə digər nominasiyalar üzrə də mükafatlar təqdim olunub.
Eltac Zeynalov- Bürünc "Arqus", Zamin Cəfərov - Gümüş "Arqus", Etibar Cəfərov - Qızıl "Arqus"a layiq görülüb.
Sara Nəzirova - Fotoqrafiya sənətində araşdırmalara görə, "Fokus" - İlin jurnalı , Əziz Kərimov - İlin press Fotoqrafı, İsmayıl Nur- Hüseyn Hüseynzadə adına "Ümid", Təhminə Əliyeva isə bədii fotoqrafiya nominasiyası üzrə mükafat qazanıb.
AFB-nin sıralarına yeni qəbul olunmuş üzvlərə İD kartlar təqdim olunub.
"İlin fotoqrafı" mükafatı AFB tərəfindən 2000-ci ildə təsis edilib.
Azərbaycan Fotoqraflar Birliyi 15 illik yubileyini qeyd etdi

Buna da bax:
Azadlıq Trend
1