Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:05

Türkiyə ordusu: Dövlət çevrilişində ittiham olunmuş zabitlərin işinə yenidən baxılsın


Türkiyə ordusu
Türkiyə ordusu
-
Türkiyə ordusu dövlət çevrilişində ittiham olunmuş zabitlərin işinə yenidən baxılmasını tələb edib.

BBC.News Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ordu qərargah rəisi bəyanatla çıxış edib.

Türkiyə silahlı qüvvələrinin ali komandanlığı ədliyyə və polis sistemini həmin məhkəmə işinin istintaqı və gedişi zamanı dəlilləri saxtalaşdırmaqda ittiham edib.

Tələb "Çəkic" və "Ergenekon" işləri ilə bağlıdır.

Türkiyə məhkəməsi 2012-ci ildə 2007-ci ilə aid olan və mətbuatda "Çəkic" və "Ergenekon" adları almış dövlət çevrilişi planlarının hazırlanması ittihamı əsasında 300-dən çox hərbi zabitə, o cümlədən yüksək rütbəli generala həbs cəzası kəsmişdi.

Həbs olunmuş hərbçilər arasında onlarla əlaqədə günahlandırılan hüquqşünaslar, siyasətçilər və jurnalistlər var.

İki gün əvvəl müxalifət partiyası da bu tələbi irəli sürüb.
XS
SM
MD
LG