Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:48

«Cənab prezident, 13 övladımın haqqını qoruyun» [Video]


«Cənab prezident, 13 övladımın haqqını qoruyun»
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
-
Ailəsiylə birgə azı 10 gündür aclıq elan etdiyini bildirən Həsən Camalov ölkə prezidentindən yardım umur. Bakıxanov qəsəbəsinin Səmədbəy Mehmandarov küçəsində yaşayan Həsən Camalovun sözlərinə görə, çoxuşaqlı ailənin fəryadına, hələ ki, səs verən yoxdur.

«QANUNU POZUB EVİMİZDƏN 3 METR ARALIDA BİNA TİKİBLƏR...»

13 uşaq atasını narahat edən səbəb - evinin yaxınlığında tikilən çoxmərtəbəli binadır:

«Binanı tikən şirkət az kompensasiya ödəyib yaşadığım evi sökdürmək niyyətindədir. Qanunu pozaraq evimizdən 3 metr aralıda bina tikiblər. Normalda binalar arasında ən azı 20 metr məsafə olmalıdır. Tikinti haqqında qanun da bunu göstərir. Mən Sabunçu rayon icra hakimiyyətinin başçısına da bunu demişəm».

Həsən Camalov deyir ki, narahatçılığını bir neçə dəfə Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə bildirsə də, icra başçısıyla görüşdən razı qalmayıb:
Həsən Camalov
Həsən Camalov

«İcra başçısı dedi ki, düz deyirsən, binalar arasında məsafə çox yaxındır. Amma sən gəl, bina tikənlərlə razılaş. Əlavə etdi ki, sənin evinin yerində bina tikməyəcəklər. Onu sökəcəklər, olacaq binanın həyəti. Mən isə başçıya dedim ki, mənim üçün nə fərqi, orda bina tikəcəklər ya yox? Siz mənim evimi alıb sökəcəksiz deyə, mən evimi dəyər-dəyməzinə satmalıyam? Qanunu pozub mənim evimin yanında bina tikiblər».

Narazı vətəndaşın fikrincə, onun hüququnu ancaq və ancaq prezident bərpa edə bilər:

«Prezidentimiz İlham Əliyev bizim problemimizi bilərsə, dərhal müdaxilə edəcək. Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı, bundan xəbər tutan prezident dərhal müdaxilə etdi. Prezident İlham Əliyev bu qədər duyarlıdır, mən buna çox inanıram. Prezidentdən tək təmənnam bizim haqqımızın qorunmasıdır».

Həsən Camalovun evi
Həsən Camalovun evi
İCRA HAKİMİYYƏTİ DEYİR Kİ...

Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov deyilənlərlə razılaşmır. O, mətbuata açıqlamasında bildirib ki, H.Camalovun iddia etdiyi kimi heç vaxt onun yaşadığı evin sökülməsi məsələsini qaldırılmayıb. Əksinə, ərazidə tikinti işləri aparan şirkət ona həyətinin abadlaşdırılmasını təklif edib:

«Tikinti aparan «Bərgüşad-Ş» firmasının rəhbərliyi bizə bildirib ki, S.Mehmandarov küçəsi 26 saylı ünvanda tikilən yeni çoxmənzilli binanın ətrafında aparılan abadlıq işləri ilə bağlı Camalova yaşadığı evin əvəzinə pul kompensasiyası olaraq 350 min manat, yaxud yaşadığı evin sahəsinə uyğun olaraq yeni inşa edilmiş binada 321 kvadratmetr sahəsi olan mənzil və ya ona məxsus evə uyğun başqa yerdə həyət evi tikilib verilməsi təklif olunub. Lakin o bunların heç biri ilə razılaşmır».

Həsən Camalov təklif edilən kompensasiyanın evinin qiymətindən 3 dəfə az olduğunu deyir:
Namizəd Səfərov
Namizəd Səfərov

«2008-2010-cu illərdə arasında bu ev mənə 500 min dollara başa gəlib. Mən 13 balamın boğazından kəsib bu evi tikmişəm. Bu evdə mənim övladlarımın haqqı var. Mən əllərimin zəhmətiylə bu evi tikmişəm».

HÜQUQŞÜNAS: VƏTƏNDAŞ HAQLIDIR...

Hüquqşünas Namizəd Səfərov deyir ki, vətəndaşın tələbələri əsaslıdır:

«Vətəndaş Həsən Camalov evini qanuni tikib. Heç kim vətəndaşın əlindən mülkünü ala bilməz. Sabunçu rayon İcra Hakimiyyəti vətəndaşın tərəfini saxlamaq əvəzinə, biznesmenin tərəfini saxlayır. Vətəndaşın evinin yanında bina tikilməzdən əvvəl onun razılığı alınmalıydı. Vətəndaş 1-2 milyon manatdan da imtina edirsə, heç kimin onun evini sökməyə, vətəndaşı evdən çıxarmağa ixtiyarı yoxdur».

Hüquqşünas əlavə edir ki, vətəndaş öz mülkü üçün istədiyi pulu bina tikən şirkətin sahibindən tələb edə bilər.
XS
SM
MD
LG