Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Soçidə "danışan zibillik"

Soçi şəhərinin ətrafında Lazarevsky rayonunun sakinləri bu ərazidə qanunsuz zibil poliqonu kimi istifadə olunmasına qarşı kampaniya aparırlar. Bu poliqon rəsmən 2012-ci ilin iyununda bağlansa da yerli sakinlər xüsusilə gecə saatlarında ora yenə də zibil daşındığını deyirlər. Halbuki bir yandan da 2014-cü ilin Qış Olimpiadasına görə Soçidə görünməmiş miqyasda yenidənqurma işləri aparılır. Zibillik ərazidən keçən çayın yaxınlığında yerləşir. Ona görə çayda suyun rəngi də tünd qəhvəyi rəngə boyanır. Əməkdaşımız Abbas Atilay Lazarevsky zibilliyinin yaratdığı mənzərəni öz fotolarında əks etdirir.

Davamı

Bölmələr

XS
SM
MD
LG