-
Bakı Apelyasiya Məhkəməsi sabiq deputat Gülər Əhmədovanın 3 il həbs olunması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə baxıb.
Yanvarın 24-də keçirilən məhkəmə prosesində hakim İlqar Murquzov vəkilin təqdim etdiyi 17 vəsatətə baxıb. Hökmün ləğv olunması, Elşad Abdullayevin məhkəməyə gətirilməsi və məhkəmə prosesinin çəkilişinə icazə verilməsi də daxil olmaqla vəsatətlərdən heç biri təmin olunmayıb.
Növbəti məhkəmə prosesi fevralın 6- na təyin olunub.
Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Keçmiş deputat özünü təqsirli hesab etmir, həbsini sifarişli hesab edir.
Gülər Əhmədova keçmiş universitet rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoçarxlardan sonra həbs olunub. O, dələduzluqda ittiham olunub.