Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:28

Facebook istifadəçisi: «Ramiz müəllim, «otvyorka» söhbətinin axırı nə oldu?»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
FACEBOOKA YENİ GƏLƏN RAMİZ MEHDİYEVƏ VERİLƏN SUALLAR

“Azadlıq” qəzeti yazır ki, Prezident Administrasiyasının rəhbəri “Ramiz Mehdiyevi facebook-da topa tutdular”.

Qəzetin yazdığına görə, Ramiz Mehdiyevə ünvanlanan suallardan biri belə olub “Ramiz müəllim, “otvyorka” söhbətinin axırı nə oldu?". İstifadəçilədən bir isə Ramiz Mehdiyevə belə bir sual edib: “2015-ci ildə deputat mandatının qiyməti neçəyə olacaq?”

Qəzet belə suallar verənlərin hamısının əngəlləndiyini qeyd edir.

“BAKIDA BUZ DÖYÜŞÜ”

Bakıda qar
Bakıda qar
“Bizim yol” bir həftəlik qar-çovğunun əhliyə böyük problemlər yaşatdığını yazır. Qəzetin yazdığına görə, yanvarın 31-də donvurma diaqnozu ilə 15 nəfərə yaxın adam xəstəxanalara yerləşdirilib.

“Yanvarın 31-dən bu günə qədər 97 nəfər qarda yıxılan qeydə alınıb. Onlardan 67 nəfəri xəstəxanaya yerləşdirilib, qalanlarına ilkin tibbi yardım göstərilib. Yıxılanlar arasında ağır xəsarət alanlar da var - 3 nəfər kəllə-beyin zədəsi, 4 nəfər belin küt zədəsi. Qalanda isə yuxarı və aşağı ətrafın zədələri, qol və qıç sınıqları olub”.

Qəzet yaranmış vəziyyəti “Bakıda buz döyüşü” adlandırır.

“ABŞERON BAKIYA VERİLSİN”

“Abşeron rayonunun kənd rayonu kimi ləğv edilməsi və Bakının tərkibinə verilməsi təklif edilir”.

“Trend” agentliyinə müsahibəsində belə bir təkliflə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov çıxış edib. O, Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələrinin vaxti ilə Bakının ərazisinə daxil olunduğunu və bu ərazilərin yenidən Bakıya verilməli olduğunu bildirir.

“Həmin ərazilərin hamısı 1963-cü ilə kimi Bakının ərazisi olub. Buna görə də Abşeronun həmin əraziləri Bakıya verilməlidir. Yaxşı olardı ki, Abşeron rayonu ümumiyyətlə ləğv edilsin, Bakının tərkibində bir rayon olsun. Yəni ayrıca kənd rayonu olmasın”.

DEPUTAT İMKANLILARI XEYRİYYƏÇİLİYƏ ÇAĞIRIR

“Hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar”. Bunu “Kaspi” qəzetinə müsahibəsində deputat Musa Quliyev deyib. O, sahibkarları, imkanlı adamları xeyriyyəçiliklə məşğul olmağa çağırır:

“Azərbaycanda sahibkarlıq inkişaf edir və bizneslə məşğul olan sahibkarlarımız gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Belə sahibkarların işləri daim təbliğ olunmalı və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilməlidir. Məsələn, sahibkarlar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kasıb tələbələri maliyyələşdirə, ölkədən kənarda müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər. Hətta şəhid ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeyriyyəçiliyin qədim tarixi var və hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarda biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərində məscid tikdirir, ya da bir məktəbi təmir etdirirlər. Bu işlər barmaqla sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeyriyyəçiliyə cəlb etmək lazımdır”.

“MÜSAVAT HEÇ MİTİNQƏ 700-800 ADAM YIĞA BİLMİR”

“Yeni Azərbaycan”qəzeti Müsavatın yenidən qurultay-qurultay oynuna başladığını yazır.

arxiv foto
arxiv foto
Qəzetə görə, partiyanın qurultayın neçə illərdir baş tutmamasını “normal şərait”in olmaması ilə əsaslandırması doğru deyil.

“Partiya nümayəndəsi deyir ki, 700-800 nəfərlik zal ayrılacağı təqdirdə yaxın aylarda qurultay keçiriləcək. Əslində, deyilənlərin sadəcə bəhanə olduğu tam aydınlığı ilə ortadadır. Çünki qurultay keçirmək üçün 700-800 nəfərlik yer istəyən Müsavat partiyası heç öz mitinqlərinə bu qədər adam yığa bilmir”.
XS
SM
MD
LG