Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:16

Rusiya hökuməti Soçidə təhlükəsialiyin təmin edildiyini deyir


Foto arxiv
Foto arxiv
BMT-nin baş katibi Ban Ki Moon seksual azlıqlara qarşı ayrı-seçkilik və hücumları pisləyib.O cümə axşamı Soçidə Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri qarşısında çıxış edərək bildirib ki, biz onların həbs və təqib olunmasına imkan verməməliyik.

Qeyd edək ki, Rusiya hökuməti ötən il himiseksualizmin azyaşlılar arasında təbliğini qadağan edən qanun qəbul edib.

Ban Ki Moon həmçinin olimpiya oyunları vaxtı bütün hərbi münaqişələri dayandırmağa çağırıb.

Terror təhlükəsi ilə bağlı narahatlıqlara gəldikdə isə Rusiyanın baş nazir müavini Dimitry Kozak hərtərəfli tədbirlər görüldüyünü bildirib. Beynəlxalq Olimpia Komitəsinin kommunikasiya direktoru Mark Adams da təhlükəsialiklə bağlı Rusiya hakimiyyətindən təminat aldıqlarını deyib.

Qeyd edək ki, sabah Soçi Olimpiadasının açılışı olacaq.
XS
SM
MD
LG