Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:11

Rəna Əffəndi dünyanın ən nüfuzlu müsabiqəsində mükafat qazandı


Rəna Əffəndi
Rəna Əffəndi
-

Azərbaycanlı fotoqraf Rəna Əffəndi “2014 World Press Photo” müsabiqəsində ikinci yeri tutub.

Bu, dünyada ən nüfuzlu foto-müsabiqə sayılır.

Rəna Əffəndi bu mükafatı “Observed portrait” (Müşahidə edilmiş, yəni səhnələşdirilməyən portret) nominasiyasında qazanıb.

Rəna Əffəndinin müşahidə edib fotosunu çəkdiyi şəxs isə ABŞ-da – Şimali Dakotadakı rezervasiyada yaşayan 10 yaşlı hindi oğlandır.

O, bu yaşa qədər saçını kəsdirməyib…

Mükafat 9 nominasiyada verilib. Bütün mükafatçıların fotolarından ibarət sərgi təşkil olunacaq və bir il ərzində dünyanın 100-cən şəhərində nümayiş olunacaq.

Müsabiqəni keçirən “World Press Photo” təşkilatı qeyri-kommersiya qurumudur, baş ofisi Amsterdamda yerləşir.
XS
SM
MD
LG