Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:54

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
00:55 19.2.2014
Bir başqa videoda isə Avromaydana gəlib çatan BTR-in fərqli aqibəti öz əksini tapır. Barrikadaları yarmaq istəyən bu zirehli maşını maydan müdafiəçiləri alova qərq edirlər.

00:40 19.2.2014
Kiyevdə vətəndaşlar BTR-i geri dönməyə məcbur edirlər

23:53 18.2.2014
Maydandan canlı yayım verən "5 kanal" kabel TV-nin yayımı kəsilib. Kanal YouTube-da yaımını bərpa etməyə məcbur olub.

23:24 18.2.2014
Kiyevin Azadliq meydanı. Polis qüvvələri hücumda, Avromaydan müdafiədə
Kiyevin Azadliq meydanı. Polis qüvvələri hücumda, Avromaydan müdafiədə


AzadliqRadiosu Ukrayna xidməti xəbər verir:

- Avromaydanın mərkəzində mitinq gedir. Kənarlarında isə onun müdafiəçiləri hücuma keçən polisə şiddətli müqavimət göstərir.

- Müxalifət lideri Yatsenyuk prezidentə səhərə qədər "atəşkəs" elan etməyi təklif edib.

- Ukrayna rəsmiləri elan edirlər ki, Kiyevin mərkəzində silah anbarı aşkar ediblər.

- Avropa Birliyi Ukrayna prezidentinə xəbərdarlıq edib ki, böhran öz həllini polis gücü ilə deyil, parlamentdə tapmakldlr. Maydanın dağıdılması "qırmızı xəttin" keçilməsi kimi qiymətləndirilir.

Davamı

XS
SM
MD
LG