Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
12:16 19.2.2014

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 18-dən Kiyevdə başlayan qanlı küçə döyüşləri nəticəsində azı 25 adam həlak olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölənlərdən 9-u polisdir. 241 adam xəstəxanalara yerləşdirilib. Onların arasında polislər və jurnalistlər də var.

Ukraynanın qərbində - İvano-Frankovski, Ternopol və Lvovda etirazçılar yenidən bir sıra dövlət qurumlarının binalarını ələ keçiriblər.

Hakimiyyət orqanlarının məlumatına görə, Lvovdakı toqquşmalar nəticəsində azı 30 hərbçi yaralanıb. Hərbi kazarmalardan biri yandırılıb. Lvovda nümayişçilər Daxili İşlər Nazirliyinin, prokurorluğun, Ternopolda prokurorluq binalarını ələ keçiriblər. İvano-Frankovskda milis şöbəsinin binası yandırılıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Kiyevə ölkənin qərb regonlarından 5 avtobus etirazçı gəlib. Daha bir neçə avtobusun gələcəyi gözlənilir. Kiyev-Odessa yolunun bağlanması haqqında məlumatlar yayılıb.

Bu arada xüsusi təyinatlı “Berkut” milis dəstəsi Avromeydana hücumu genişləndirib. Xüsusi təyinatlılar nümayişçiləri meydanın əsas hissəsinə sıxışdırıb, onları mühasirəyə almağa çalışır.

Nümayişçilər yanan barrikalar qurur, Meydandan “Kiyev ayağa qalx”, “Ukrayna ayağa qalx” şüarları səsləndirir.

Fevralın 19-unu Ukrayna paytaxtı belə qarşılayır
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
11:20 19.2.2014
-
Ukrayna polisi Kiyevdə nümayişçilərə qarşı yeni hücum əməliyyatına başladığı bir vatxda prezident Viktor Yanukovych müxalifət liderlərini "radikallarla" öz aralarında məsafə qoymağa çağırıb.

Prezident gecə müxalifət liderləri ilə uğursuz danışıqlardan sonra bu gün səhər bu barədə açıqlama verib. O, indiyədək 19 nəfərin ölümü ilə nəticələnmiş iğtişaşların güclənməsində müxalif liderləri günahlandırıb.

Lakin Yanukovych münaqişəni yoluna qoymağın hələ də gec olmadığını bildirib.

ABŞ və Avropa Birliyi rəsmiləri zorakılığı pisləyib. Ukrayna prezidentini maksimum dərəcədə təmkinlik göstərməyə çağırıblar.

Ukraynada hökumət əleyhinə nümayişlər 3 aya yaxındır ki davam edir. Nümayişçilər Viktor Yanukovychi devirmək arzusu ilə Kiyevin Müstəqillik Meydanını və bəzi ictimai binaları ələ keçiriblər.
11:13 19.2.2014
-
Kiyevdə qanlı toqquşmalar nəticəsində güllə yarası alan “Vesti” qəzetinin jurnalisti Vyaçeslav Veremi ölüb.

Bu haqda «Громадьске ТВ» məlumat yayıb.

Ukrayna mediasının məlumatına görə, jurnalist sinəsindən vurulub.

Dünən baş verən toqquşmalar zamanı Kiyevdə azı 27 jurnalist xəsarət alıb.
11:02 19.2.2014
-
Kiyevdə dünəndən milislə etirazçılar arasında baş verən qanlı toqquşmalar nəticəsində hər iki tərəfdən azı 19 nəfər ölüb.

Reuters-in xəbərinə görə, yüzlərlərlə yaralı var.

Dünən gecə müxalifətin qərargahının yerləşdiyi Həmkarlar İttifaqlarının binasında yanğın olub.Yanğınsöndürənlər 40 adamı xilas edib.

Səhər Müstəqillik meydanına yaxın olan Kiyev Konservatoriyasının yandığı məlum olub.

Müxalifət tərəfdarları Lvovda Daxili İşlər Nazirliyinin, prokurorluğun və yerli vilayət administrasiyasının binalarını tutub.

Müxalifətin Viktor Yanukovychlə danışıqları nəticəsiz başa çatıb.

Davamı

XS
SM
MD
LG