Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
17:44 22.2.2014
17:53 22.2.2014
Yanukovych-in özəl zooparkı?
Sosial şəbəkələrdə fəallar Ukrayna prezidenti Viktor Yanukovych-in özəl zooparkında çəkdiklərini iddia etdikləri fotoları paylaşıblar. Müxalifət fəalları vətəndaşlara müraciət edərək bu heyvanlar üçün yem gətirmələrini xahiş ediblər.



18:04 22.2.2014
YANUKOVYCH İSTEFA VERMƏK NİYYƏTİNDƏ OLMADIĞINI DEYİR

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə hazırda Xarkov şəhərində olan Ukrayna prezidenti Viktor Yanukovych istefa vermək niyyətində olmadığını bildirir. O deyib ki, maşını atəşə tutulsa da heç kimdən qorxmadığını, Ukraynadan başqa yerə getmək niyyətində deyil.

18:36 22.2.2014
Fevralın 22-də Xarkovda yerli telekanalda yayılan müraciətində Ukrayna prezidenti ölkəsində çevriliş olduğunu, hazırda tərəfdarlarını "bandit" adlandırdığı adamlardan qorumağa çalışdığını bildirir.

Videoda Yanukovych deyir:

- Bizim ölkəmizdə hər kəsin, eləcə bütün dünyanın gözü qarşısında baş verənlər bir dövlət çevrilişi nümunəsidir. Mən hər şey etdim ki, ölkədə qan tökülməsin. Amnistiya haqqında iki qanun qəbul etdik. Ölkədə siyasi sabitliyi təmin etmək üçün bütün addımlar atdıq. Amma belə alındı...

Mən ötən gecə regional deputatların toplantısında iştirak etmək üçün Xarkova gəldim. Amma belə alındı ki, orda iştirak edə bilmədim, çünki daimi əlaqə saxlamalı idim. Daimi olaraq insanların təqib olunmaları haqqında siqnallar gəlir. Mən hazırda banditlərin təqib etdikləri adamları qorumağa çalışıram. Onların yaşayış, iş yerlərində, yollarda təqib edirlər. İndi mənə yaxın olan adamların qırılmasına yol verməmək üçün əlimdən gələni edirəm.

Davamı

XS
SM
MD
LG