Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:00

«Deputatın qeydə aldığı gizli səsyazısı qanuni deyil»


Ceyhun Osmanlı
Ceyhun Osmanlı
-
Fevralın 19-da Milli Məclisin deputatı Ceyhun Osmanlı özünün «facebook» profilində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın səsyazısını prokurorluq orqanlarına təqdim etdiyini bildirib (dil-üslub özəllikləri olduğu kimi saxlanıb):

«Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz «facebook» səhifəsində yad etdi. «Jurnalist» Xədicə İsmayılın «Art Garden» restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audioyazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa təqdim etdim. Xәdicә xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə».

Millət vəkili statusunu belə bir sonluqla bitirib: «Vətənə xəyanət bağışlanılmır!!!».

«İDDİA EDİLƏN AUDİOYAZI BAŞ PROKURORLUĞA TƏQDİM OLUNUB»

AzadlıqRadiosunun Ceyhun Osmanlıyla gün boyunca bağlantı qurmaq cəhdləri boşa çıxıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov səsyazısının bu quruma verildiyini təsdiqləyib:

«Ceyhun Osmanlı tərəfindən danışıqların əks olunduğu iddia edilən audioyazı Baş Prokurorluğa təqdim olunub».

Eldar Sultanov həmin danışıqların istintaqda tam və hərtərəfli araşdırılacağını, qanuna uyğun qərarın qəbul ediləcəyini də sözlərinə əlavə edib.

«İCTİMAİ YERDƏ OLAN BİR SÖHBƏT HEÇ BİR ŞƏKİLDƏ MÜBAHİSƏLƏNDİRİLƏ BİLMƏZ»

«Şəxsin razılığı olmadan onun səs yazısının aparılması, ya da videoçəkiliş yolverilməz sayılır və bu baxımdan deputatın qeydə aldığı gizli səsyazısı qanuni deyil».

Hüquqşünas Ələsgər Məmmədli belə deyir və Konstitusiyanın 32-ci maddəsinin dəyişdirildiyinə diqqət çəkərək səsyazı olayını dəyərləndirir:

«Xədicə İsmayılın restoranda kiminləsə söhbət eləməsi onun şəxsi həyatıdır.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Bu söhbət hər hansı ictimai əhəmiyyət daşımır və jurnalist tərəfindən idarə olunmursa, bir millət vəkili tərəfindən çəkilməsi qanunsuzdur. Ayrıca qanunsuz əldə olunan dəlillərin sübut kimi istifadə olunması da məhkəmələrdə yolverilməzdir. Bu baxımdan düşünürəm ki, bu, şoudur. Bunun ayrı bir hüquqi tərəfi olmaz. Çünki birincisi, ictimai yerdə olan bir söhbət heç bir şəkildə mübahisələndirilə bilməz. İkincisi, şəxslərin icazəsi olmadan onların özəl söhbətlərinin qeydə alınması həmin şəxslərə sayqısızlıqdır. Üstəlik, bu qeydəalma məhkəmə qərarına dayanmır. Ola bilər, hansısa bir şübhəli məqam varsa, məhkəmə qərar verərdi ki, onlar dinlənilsin. Dinlənilərdi, bu da sübut kimi istifadə olunardı».

Ələsgər Məmmədli deyir ki, Xədicə İsmayıl onun özəl həyatına müdaxiləyə görə Ceyhun Osmanlıya qarşı məhkəmə iddiası qaldıra bilər.
XS
SM
MD
LG