Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:15

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


12:37 23.2.2014
Ukrayna Dövlət Sərhəd xidmətinin açıqlamasına görə, Viktor Yanukovych-in şənbə günü Donetskdən təyyarə ilə uçmasına imkan verilməyib.
Sərhəd xidmətinin əməkdaşı Sergey Astaxov bildirib ki, təyyarə müvafiq sənədləşmə olmadan uçmağa cəhd göstərib. Sərhədçilərin dediyinə görə, nəzarətçilər sənədləri yoxlamaq istəyəndə onları bir qrup silahlı dəstə qarşılayıb və uçuşa icazə müqabilində pul təklif ediblər. Sərhədçilərin rədd cavabından sonra təyyarəyə iki zirehli maşın yaxınlaşıb, Yanukovych təyyarədən düşərək maşınlardan birinə oturub və hava limanını tərk edib.
Yanukovych-in hara uçmaq istədiyi bəlli deyil. Sərhədçilərin açıqlamasına görə, keçmiş prezident sərhəddin digər keçid məntəqələrində olmayıb.
Hüquq mühafizə orqanlarından “İnterfaks-Ukrayna” agentliyinə verilən məlumata görə, keçmiş baş nazir Nikolay Azarov ölkəni tərk edib. “O, Rusiyaya gedib” – deyə mənbə bildirib.
12:28 23.2.2014
12:02 23.2.2014
Son hadisələrlə bağlı araşdırmalara başlanıb, aksiya iştirakçıları həbsdən buraxılır
Ukraynada ölkədəki son hadisələrlə bağlı Daxili İşlər Nazirliyi və yerli icraedicilərin davranışına dair artıq araşdırmalara başlanıb. Bu barədə hazırda daxili işlər nazirinin səlahiyyətlərini icra edən “Batkivşina” (Vətən) fraksiyasının üzvü Arsen Avakov açıqlama verib.
Onun dediyinə görə, son üç gündə etiraz aksiyalarında saxlananların hər birinin azad olunması barədə qərar verilib. Avromaydan iştirakçıları və “Sağ sektor” hərəkatının nümayəndələri, o cümlədən xalqın tərəfinə keçən nazirlik əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib. Avakovun dediyinə görə, müşavirədə əsasən, Kiyev küçələrində sabitliyi bərpa etmək, şəhərin əsas obyektlərini mühafizə etmək məsələləri müzakirə olunub.
Məlumatlar var ki, şənbə günü axşam “Maydan özünümüdafiə” nümayəndələri hava limanın yaxınlığında “Batkivşina” (Vətən) fraksiyasının sədri Arseniy Yatsenyuk və Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko-nun avtomobilini yoxlanış üçün saxlayıblar. Fəallar siyasətçilərə bərabərliyi xatırladıblar. “Sizin bura necə gəlməyiniz bizə bir qədər pis təsir etdi. Biz yeni Ukrayna yaratmaq istəyir, canilərin olmayacağı bir Ukrayna” - deyə fəallardan biri Yachenyuk-a bildirib. Tymoshenko-dan isə kimin inqilab etdiyini unutmamağı, ümidləri doğrultmağı istəyiblər.
11:27 23.2.2014
-
Ukraynada prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Ali Radanın hazırki spikeri, “Batkivşina” (Vətən) fraksiyasından millət vəkili Aleksandr Turchinov icra edir.

“Batkivşina” (Vətən) fraksiyasının sədri Arseni Yachenyuk jurnalistlərə açıqlamasında deyib ki, konstitusiyaya uyğun olaraq ölkənin başçısı yoxdursa, onun səlahiyyətləri parlament sədrinə keçir.

Bundan öncə Ali Rada prezident Viktor Yanukovych-in vəzifəsindən kənarlaşdırılması və mayın 25-də yeni prezident seçkisi barədə qərar qəbul edib.

Yanukovych vəzifəsindən getmək niyyətində olmadığını açıqlayıb, ölkəsində baş verənləri hakimiyyət çevrilişi, Ali Radanın qərarını isə qeyri-qanuni adlandırıb. BU açıqlamanı Yanukovych cümə günü yollandığı Xarkovdan verib.

Hazırda Yanukovych-in harada olduğu bəlli deyil. Yerli media orqanlarının bəzisində onun Doneskə geri qayıtdığı, bəzilərində isə Rusiyaya getdiyi bildirilir.

Davamı

XS
SM
MD
LG