02:39
25.2.2014
#euromaidan ABŞ Ukraynada islahatlara yardım etməyin zəruriliyi haqda http://t.co/VxPlszXCEM
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014
02:58
25.2.2014
Ukraynanın qərbində Yanukovychin Regionlar partiyasnın qərargahında Seçki komissiyasının onlarla möhürü tapılıb. Möhürlərin fotolarını dərc edən Censor.net.ua saytı xəbər verir ki, bu möhürlərin köməyi ilə hakim partiya seçkiləri saxtalaşdırırdı.
05:04
25.2.2014
Yanukovychin videobəyənatının tam versiyasında sabiq prezident maraqlı məqama toxunur. Deyir, Ruisya prezidentinə zəng edib, Putin də cavab verib ki, Obama ilə danış...
11:00
25.2.2014
-
ABŞ dövlət katibinin müavini William Burns rəsmilərlə bu həftə Ukraynaya səfər edəcək.
Bundan öncə ABŞ dövlət katibinin köməkçisi Victoria Nulandın dekabrda hökumət əleyhinə qüvvələrlə görüşüb.
Vaşinqton bildirir ki, Burns siyasi və iqtisadi islahatlarla yanaşı milli birlik hökumətinin formalaşmasına çağırışlar edəcək.
Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton 2 günlük danışıqlar üçün artıq Kiyevdədir.
İngiltərə xarici işlər naziri William Hague Kiyevə qısamüddətli ziyarət edəcəklərini deyir.
Yuxarıda adları qeyd edilənlər Ukraynanın həssas maliyyə sistemi və beynəlxalq yardımlara ehtiyac məsələsində narahatlıqlarını ifadə ediblər.
Bazar ertəsi Ukrayna “kütləvi qətllər” ittihamı ilə Viktor Yanukovychə həbs qərarı çıxarıb.
Kiyev 35 milyon beynəlxalq yardım üçün müraciət edib.