Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

İsmayıll hadisələrinə görə həbs olunanlar açlıq aksiyasına başlayıb


Foto arxiv
Foto arxiv
İsmayıllı hadisələrində itttiham olunanlar prokurorun onlara həbs cəzası istəməsinə etiraz olaraq aclıq aksiyasına başlayıblar. Vəkil Nəvai Abbasov Turan-a bildirib ki, aksiya iştirakçıları ədalətli hökm tələb edirlər.Xatırladaq ki, prokuror fevralın 24-də keçirilən prosesdə bu hadisələrdə ittiham olunan 18 nəfər 4 ildən 9 ilədək həbs cəzası istəyib.

Ötən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə 18 nəfər saxlanıb.Onlar ictimai asaişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG