Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:08

Ukraynada Krım gərginliyi (27 fevral xronologiyası)


Hörmətli AzadliqRadiosu oxucuları, bu canlı bloqda fevralın 27-də Ukraynada və Krımda baş verən əsas hadisələrin xronologiyası öz əksini tapır. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı "davamı" düyməsi ilə blqou "səhifələyərək" günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür. Fevralın 28-də, ehtiyac olarsa, yeni canlı bloq yaradılacaq. Azadlıqda qalın


19:22 27.2.2014
KRIM ALİ RADASINA SİLAHLI BASQININ SƏBƏBİ MƏLUM OLDU. RUSİYAPƏRƏST KRIM RƏHBƏRİ VLADİMİR KONTSANTİNOV BƏYANAT VERDİ, PARLAMENTƏ HÜCUM RADANIN İŞİNİ TƏYİN ETMƏK ÜÇÜN HƏYATA KEÇİRİLİB

Krım Ali Radasının sədri bəyanat verərərk mayın 25-də Krım yerli idarəetmə ququrmlarının səlahiyyətlərinin artırılması haqda referendum keçiriləcəyini elan edir. O, son aylar Kiyevdə gedən aramsız mitinqləri pisləyərək, müxalifətin fəaliyyəti nəticəsində dövlət quruluşunun dağılma həddinə çatdığını, hüquq-mühafizə orqanlarının iflic olduğunu deyib. "Krım sakinləri ölkədəki biabırçılığı görür, Yanukovych-in bəyanatını oxuyub və narahatdırlar. Buna görə də, yeganə legitim orqan kimi Krım Ali Radası vəziyyəti müzakirə etmək üçün bura toplaşıb. Dünən ekstremistlər bizim cəhdimizi pozublar"
21:15 27.2.2014


YANUKOVYCH-İN XƏBƏRİ İNDİ DƏ ROSTOVDAN GƏLİR.

Ukrayna prezidentliyindən hələ də imtina etməyən Yanukovych-in dəqiq yeri bilinmir. Sonuncu dəfə fevralın 27-də onun adından yayılan bəyanatda Yanukovych müxalifəti və Avromaydan fəallarını ittiham edərək, Krımda vəziyyətin gərginləşməyinə münasibət bildirib və yarımadada ordu qüvvələrinin istifadəsini yolverilməz elan edib. Ətraflı burada oxu
21:23 27.2.2014
RUSİYA QOŞUNLARI KRIMDA (xəritə)

21:35 27.2.2014

Parlament Yatsenyuku Ukraynanın baş naziri təyin edir

Yerləşdirilib: 27.02.2014

Maydan hərəkatının liderlərindən biri, 40 yaşlı Arseniy Yatsenyuku ölkənin yeni baş naziri vəzifəsinə təsdiqlədi. Bir gün əvvəl Maydanın səhnəsindən elan olunan hökümət üzvləri də təsdiq olundu. Yatsenyuk hökumətin 1 nömrəli vəzifəsinin ölkə vətəndaşlarının təhlükəsizliyinin olduğunu dedi.



Arseniy Yatensyuk Ukrayna siyasətində yeni ad deyil. O, 2005-2006-cı illərdə iqtisadiyyat naziri, 2007-ci ildə xarici işlər naziri, 2007-2008-ci illərdə isə parlamentin sədri vəzifələrini tutub. 2009-2012-ci illərdə "Dəyişiklik cəhbəsi" siyasi partiyasının lideri olub, 2012-ci ildə müxalifətin birliyinə və parlament müxalifəti olan "Batkivşina" (Vətən) fraksiyasına rəhbərlik edib. Avromaydan hərəkatı başlayandan onun liderləindən biri olub.

Davamı

XS
SM
MD
LG