Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:09

Jurnalist Pərviz Həşimli hakimin dəyişdirilməsini tələb edir


Pərviz Həşimli
Pərviz Həşimli
-
Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Bəhruz Bayramov istintaq bitəndən indiyə qədər müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyib.

Pərviz Həşimli belə bir vəziyyətin yaranmasını işə baxan hakimlə əlaqələndirib. O deyib ki, hakim Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı olduğundan işə ədalətli baxacağına inanmır. Jurnalist və onun ailə üzvləri hakimdən imtina etdiklərini bildiriblər.

Məhkəmə prosesi martın 4-ə təyin edilib.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunur. Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG