Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
19:36 2.3.2014
Ban Ki-moon Vladimir Putinlə danışıb...

BMT-nin baş katibi Ban Ki-moon şənbə günü Nyu Yorkda Ukraynadakı durum və Rusiyanın aşkar hərbi müdaxilə niyyətləri barədə danışıb:
“Elə indicə Rusiya prezidenti Vladimir Putinlə danışdım. Ona dedim ki, Ukraynadakı ciddi və sürətlə dəyişən prosesləri diqqətlə izləyirəm. Özəlliklə ölkənin bütövlüyü, suverenliyi və ərazi bütövlüyünə zərbə vuracaq son hadisələrdən narahatam”.
Ban Ki-moon sakitliyin bərqərar olmasını vacib adlandırıb. “Sakit beyinlər qalib gəlməli, böhranı bitirmək üçün yeganə alət dialoq olmalıdır. Mən Prezident Putinə müraciət edib Kiyev rəsmiləri ilə birbaşa dialoqa çağırdım,” BMT-nin baş katibi əlavə edib.
00:24 3.3.2014
Denis Berezovsky Sevastapolda Krımın yeni Rusiya yönümlü Baş nazirinə səadaqət andı içərkən
Denis Berezovsky Sevastapolda Krımın yeni Rusiya yönümlü Baş nazirinə səadaqət andı içərkən
Ukrayna hərbi dəniz qüvvələrinin komandanı Rusiya tərəfə keçib
Ukraynanın yeni hakimiyyəti ölkənin hərbi dəniz qüvvələrinin komandanı Denis Berezovsky-yə qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırıb. Rusiya telekanalının məlumatına görə Berezovsky bazar günü Krımın yeni təyin olunan rusiya yönümlü Baş naziri Sergiy Aksyonov-a sədaqət andı içib.

Qara Dəniz körfəzinə cəmləşən Rusiya hərbi qüvvələri ərazidəki Ukrayna hərbçilərindən silahı təhvil verib təslim olmalarını tələb edir.
00:27 3.3.2014
Kerry-dən Putinə ittihamlar yağışı: "Bəlkə də Putin Böyük Səkkizliyin sammitinə qədər hakimiyytdə qala bilməyəck"

ABŞ Dövlət Katibi John Kerry bildirir ki, Rusiyanın Ukraynaya “ağlasığmaz təcavüzü uydurma bəhanələrlə əsaslandırılan” amma “inadkarcasına, qəsdən” bir ölkənin işğalıdır.
​Bazar günü ABŞ-da CBS telekanalına müsahibəsində Dövlət Katibi xəbərdarlıq edib ki, ABŞ və başqa ölkələr bu addıma qarşı “çox ciddi cavab” verəcəklər. Bura o cümlədən Rusiyaya qarşı sanksiyalar və onun iqtisadi cəhətdən təcrid olunması da var.

John Kerry həmçinin qeyd edib ki, Vaşinqtonun bu ilin iyununda Soçidə keçirilməsi gözlənən sənayecə inkişaf etmiş Böyük Səkkizlik ölkələrinin görüşünü boykot edə bilər:

- Rusiyanın hərəkəti 21-ci əsrdə 19-cu əsr qaydaları ilə davranmaqdır. Bu addımlarını davam etdirsə, Böyük Səkkizlik ölkələrinin Soçiyə getmələrinin mənası yoxdur. Amma bud a hamısı deyil. Vu görüşün boykot edilməsi sadəcə başlanğıcdır. Rusiya sərmayələrə və ticarətə möhtacdır. Dünən mənim söhbət etdiyim Böyük Səkkizlik ölkələrinin, eləcə də başqa dövlətlərin Xarici İşlər nazirləri arasında yekdil fakir budur ki, Rusiya sadəcə təcrid oluna bilər. Onlar artıq Rusiya ilə normal biznes qurmamağı nəzərdə tuta bilərlər.

John Kerry
John Kerry
Böyük Səkkizlik ölkələrinə ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, italiya, Yaponiya və Rusiya daxildir.

John Kerry bildirir ki, o, həmçinin başqa ölkələrdən olan həmkarları ilə Rusiya rəsmilərinə qarşı viza qadağasını tətbiq etməyi, hesabların dondurulmasını, bu ölkəyə qarşı ticarət və investisiya cərimələri tətbiq olunmasını müzakirə edib. Dövlət katibinin qeyd etdiyinə görə bütün bu mümkün sanksiyalar haqqında planlar artıq indidən Rusiya rublunun məzəndə kəskin enişə səbəb olub.

ABŞ-ın xarici siyaəst idarəsinin rəhbəri hesab edir ki, Rusiya Ukrayna ərazisinə hərbi qüvvə yeritməklə “çox böyük səhv” etdi:

- Vladimir Putin bu işdə qalib ola bilməyəcək. Ola bilər hansısa müddətə o, Krımda ordu saxlaya biləcək. Amma beynəlxalq miqyasda o özü, Rusiya, rus xalqı itirəcək. O, 60 milyard dollarlıq fantaziyalarla qurduğu Olimpiya parıltısını uduzacaq. Böyük Səkkizlik ölkələrinin Soçi görüşü boyukot ediləcək. Belə getsə, heç həmin sammitə qədər Böyük Səkkizlikdə qala bilməyəcək.
01:19 3.3.2014
NATO Rusiyanı Krımdan çəkilməyə, Ukraynanın hər hansı ərazisinə müdaxilədən çəkinməyə çağırır

NATO-nun Baş katibi Andres Fogh Rasmussen Rusiyanı Krımdakı qoşunlarını geri çəkməyə və Ukraynanın başqa ərazilərinə ordu yeritməkdən çəkinməyə çağırır.

Rasmussen fevralın 2-də Brüsseldə alyansa üzv olan 28 ölkənin səfirləri fövqəladə toplantı keçirərək Rusiyanın Ukrayna ərazisinə ordu yeritməsini müzakirə edib.
NATO-nun Baş Katibi Andres Fogh Rasmussen
NATO-nun Baş Katibi Andres Fogh Rasmussen

8 saata yaxın çəkən müzakirədən sonra qəbul olunan bəyanatda NATO “bütün tərəfləri BMT Təhülkəsizlik Şurası, yaxud ATƏT-in himayəsi ilə müşahidəçilər çəlb etməklə təcili şəkildə problemin dinc, danışıqlar yolu ilə həllini axtarmağa” səsləyir.
Baş katib Brüsseldə jurnalistlərin suallarına cavabıdna deyib:

- Biz Rusiyanın Krımda hərbi gərginliyi artıran hərəkətlərini pisləyirik. Biz eyni zamanda Rusiya parlamentinin ordudan Ukrayna ərazisində istifadəyə icazə verilməsi barədə qərarından ciddi məyus olduğumuzu ifadə edirik.

Rasmussen qeyd edir ki, Rusiya ordusunun Ukraynaya qarşı hərbi addımları beynəlxalq hüquqa ziddir. Bu hərəkətlər həmçinin NATO-Rusiya Şurasının, eləcə də Sülh Naminə Tərəfdaşlıq prinsiplərinə uyğun deyil:

- Biz Rusiyanı gərginliyi azaltmağa, özünün beynəlxalq öhdəliklərini icra etməyə, qoşunlarını əvvəlki bazalarına geri çəkməyə və Ukraynanın hər hansı ərazisinə müdaxilədən çəkinməyə çağırırq.

Davamı

XS
SM
MD
LG