-
Martın 12-də futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1-ci divizionun lideri «Araz-Naxçıvan» komandası «Xəzər-Lənkəran»ı qəbul edib. Naxçıvan şəhər stadionunda baş tutan görüşdə premyer-liqa təmsilçisi olan qonaqlar «Araz-Naxçıvan»ın müqavimətini qıra bilməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
«Xəzər-Lənkəran»ın baş məşqçisi Mustafa Denizli oyundan öncə Azərbaycan kubokunu final mərhələsinə çıxmaq əzmində olduqlarını dilə gətirib.
«Araz-Naxçıvan» komandası tarixində ilk dəfə Azərbaycan kubokunun ¼ final mərhələsində yarışır.
«ARAZ»IN İLK BAŞ MƏŞQÇİSİ TOFİQ AXUNDOV OLUB
«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilədək qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunda – 2-ci dəstədə təmsil olunub. Komandanın ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağılandan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.
Bu il yenidən peşəkar futbola qayıdan «Araz» 2-ci dəstədə gücünü sınayır. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.