Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:23

Rusiya Ukrayna gərginliyi (13-14 mart xronikası)

Ukraynada Rusiya separatçılarının ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir

Krım Rusiyanın tərkibinə keçmək üzrədir. Faktiki olaraq yarımadanın ilhaqı baş verib. Rusiya, yerli separatçıların köməyi ilə məsələni rəsmiləşdirməyə çalışır. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Eyni zamanda NATO və Rusiya silahlı qüvvələri Ukrayna yaxınlığında təlimlər keçirir. Ukraynanın şərq bölgələrində də Rusiya separatçılar fəallaşaraq rəsmi binalara, Ukraynanın bütovlüyünü tələb edən fəallara hücumlar edir. Donetsk şəhərində baş verən belə toqquşmalarda 1 nəfər həlak olub.

Martın 13-14-də baş verən əsas hadisələrinin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Ehtiyac yaranarsa, növbəti günlərdə də Ukrayna olaylarını canlı bloq vasitəsilə izləyəcəyik. Azadlıqda qal!
13:47 14.3.2014
23:54 13.3.2014
RUSİYA-UKRAYNA HƏRBİ TƏLİMLƏR KEÇİRİR. AMMA İNFORMASİYA
MÜHARİBƏSİ ARTIQ TAM GÜCÜNÜ YIĞIB

Rusiya telekanallarında ziyalıların "Müharibəyə - yox!" müraciətində (müraciət haqda artıq bloqda xəbər yazmışdıq) adı olanların 3 nəfərinin sənədə imza atmadıqları haqda məlumat verildi. Doğrudur, qısa məlumatlardan başa düşmək olmurdu ki, ziyalılar imzalarında imtina edir, ya yox, amma redaksiya onların əvəzinə bu müraciətin Ukrayna millətçilərinin təxribatı olduğu haqda nəticə çıxarır. Eyni zamanda Rusiya prokurorluğunun tələbi ilə internet provayderləri Rusiyanın tənqidi vebsaytlarına giriş bağlayıblar. Məşhur Zhirinovsky (Jirinovskiy) partiyasının təşəbbüsü ilə qəbul olunmuş və fevralın 1-dən qüvvəyə minmiş qanuna əsasən Rusiya prokurorluğuna belə bir səlahiyyət verilib.
23:19 13.3.2014
AVROPARLAMENT KRIMDAN RUSİYA QOŞUNLARININ ÇIXARILMASINI TƏLƏB ETDİ

Avroparlamentin martın 13-də qəbul olunan qətnaməsində Rusiyadan öz qoşunlarını dərhal Krımdan çıxarılması tələb olunur. "Krım Ukraynanın tərkib hissəsidir" - deyə qətnamədə bildirlir və qeyd olunur ki, bu faktı beynəlxalq icitmaiyyətlə ilə birlikdə Rusiya da qəbul edib. Sənəddə deyilir ki, Ukrayna konsitusiyasına əsasən Krım ancaq yerli özünüidarə məsələləri ilə bağlı referendum səlahiyyətlərinə malikdir, ona görə də Rusiyanın tərkibinə daxil olmaqla bağlı hər hansı referendum Avroparlament tərəfindən qanunsuz hesab olunur. Rusiyanı danışıqlar masası arxasında dəvət edən Avroparlament aqressiyanın davame dəcəyi təqdirdə Rusiyaya qarşı - hərbi avadanlıq satışı embarqosu, viza məhdudiyyətləri, və maliyyə hesablarının dondurulması kimi sanksiyaların tətbiq olunacağını qeyd edir.
21:26 13.3.2014
RUSİYA ZİYALILARI "MÜHARİBƏYƏ YOX DEYİR"

Putinin Ukrayna siyasəti Rusiyada çoxlarının ürəyindəndir. Sovetlər vaxtından itirilən "böyük dövlət" hissi geri qayıdır. Bu hissin əsası var, ya yox - fərq etmir. Bolşeviklərin hərbi mahnısındakı kimi çoxu elə bilir ki, yenidən "Tayqadan Britaniyaya qədər Qızıl ordu hamıdan güclüdür". Rumıniya sahillərində təlim keçən NATO hərbi gəmiləri ilə Sevastopolda Ukrayna donanmasının mühasirəsinə cəlb olunmuş yarıpaslı Rusiya kreyserlərini müqayisəsi Qızıl ordu haqda illüziyaları dağıda bilərdi, amma Rusiya mediasında belə görüntülər yoxdur. Əhali də elə ancaq Rusiya mediasını izləyir. Rəsmi Krım siyasətini əks etdirməyən informasiya vasitələri yavaş-yavaş yox olur. "Dojd" telekanalının ardınca "Lenta.ru" populyar internet saytının rəhbərliyi (oxu müstəqilliyi) dəyişdirildi, jurnalsitlərin çoxu istefa verdi. Martın 14-də "Exo Moskvı"nın səhmdarları radionun əfsanəvi redaktoru Aleksei Venediktovun taleyini həll edir. Bunların fonunda prezident Putinin populyarlığı artır. Amma, bu günlərdə bir qrup ziyalının bəyanatı göstərdi ki, vəziyyət elə də ümudsiz deyil. Putinin aqressiv siyasətini təqnid edən ziyalıların sayı cəmi 33 nəfər olsa da, bu adların hər biri milyonlarla adamın fikrinə bərabər ola bilərdi. Çünki onların hər birinin adı ancaq Rusiya və Sovet incəsənətinin tarixində deyil, bu mədəniyyətlə böyüyən sadə rusların qəlbində də yazılıb. Onların adlarını çəkmək əvəzinə fotolarını təqdim edirik. Əsl ziyalını üzdən tanıyarlar

Davamı

XS
SM
MD
LG