Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Rusiya Ukrayna gərginliyi (13-14 mart xronikası)

Ukraynada Rusiya separatçılarının ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir

Krım Rusiyanın tərkibinə keçmək üzrədir. Faktiki olaraq yarımadanın ilhaqı baş verib. Rusiya, yerli separatçıların köməyi ilə məsələni rəsmiləşdirməyə çalışır. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Eyni zamanda NATO və Rusiya silahlı qüvvələri Ukrayna yaxınlığında təlimlər keçirir. Ukraynanın şərq bölgələrində də Rusiya separatçılar fəallaşaraq rəsmi binalara, Ukraynanın bütovlüyünü tələb edən fəallara hücumlar edir. Donetsk şəhərində baş verən belə toqquşmalarda 1 nəfər həlak olub.

Martın 13-14-də baş verən əsas hadisələrinin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Ehtiyac yaranarsa, növbəti günlərdə də Ukrayna olaylarını canlı bloq vasitəsilə izləyəcəyik. Azadlıqda qal!
17:48 14.3.2014
QƏRB, KRIIM TATARLARI İLƏ YANAŞI PUTİNİN DAHA 1 PROBELMİ

Putininin Krım planlarının əsas problemi Qərbin reaksiyası və Krım tatarlarıdır. Lakin hadisələrin gedişi göstərir ki, daha bir problem yaranıb – Rusiyanın daxilində, milli vətənpərvərlik psixozuna qoşulmaq istəməyən ziyalıların müqaviməti. Əsl ziyalı, bəzən Qərbin sanksiyalarından da təhlükəli ola bilər. Məsələn, məşhur Rusiya aktyoru Mikhail Yefremovun 3 dəqiqəlik çıxışı rəsmi təbilğat maşınının titanik əməyinin üstündən xətt çəkmək gücündədir. Onun oxuduğu satirik şeir Böyük Pu ilanı haqqındadır. Kiplinqin məşhur Mauqli əsərinin qəhərmanlarından ibarət bu şeirdə cəngəlliyin bütün heyvanları Pu-nu əvəzolunmaz rəhbər hesab edirlər, çünki Əfi ilanın zəhmli baxışları qarşısında heyvanı qorxu hissi keçirirlər. Adı çəkilməsə də söhbətin Putindən getdiyinə şübhə azdır. Ehtimal etmək olar ki, Rusiya prezidentini ən çox qəzəbləndirən şeirin bu hissəsi olacaq – “Pu deyir, mən də belə - pis deyiləm, uzaqdan hətta yaraşıqlı görünürəm, sanki içi botoksla dolu prezervativəm...”
17:37 14.3.2014
Ukrayna sərhəd xidmətinin yayadığı məlumatda deyilir ki, Krım və Xerson vilayətlərinin sərəhddində, Çonqar kəndi yaxınlığında Krıma keçmək istəyən yaraqlı şəxslər saxlanılıb. Onlardan avtomar silahlar, sursat və hərbi geyim tapılıb. Məlumatda deyilir ki, yaraqlılar əsasən etnik çeçenlərdən təşkil olunmuş Rusiyanın "Şərq" xüsusi təyinatlı batalyonunun əsgərləridir. Bu batalyonun artıq Krıma daxil olması və Cankoy şəhərində yerləşdiyi bildirilir.

Davamı

XS
SM
MD
LG