Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Qarabağ separatçıları Krımdakı referendumu alqışlayır


Arxiv foto: Madrid Prinsipləri adlı sənədə əsasən Qarabağ münaqişəsinin həlli planı.
Arxiv foto: Madrid Prinsipləri adlı sənədə əsasən Qarabağ münaqişəsinin həlli planı.
Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik regionlarını nəzartdə saxlayan erməni rejimi martın 16-da Ukraynanın Krım regionunun Rusiyaya birləşdirilməsinə dair referendumu alqışlayır.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə özünü rejimin xarici işlər nazirliyi adlandıran qurum martın 17-də yaydığı sənəddə həmin referendum “xalqların öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmasının növbəti təzahürü” adlandırılır: “Son illərin təcrübəsi, o cümlədən də Kataloniya və Şotlandiyada keçirilən referendum sübut edir ki, bu üsulla xalqların öz müqəddəratını təyin etmə hüqunun tanınması və reallaşdırılması belə münaqişələrin həllində ən demokratik və optimal yoldur” - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər artıq Krımda keçirilən referendumu xalqın öz müqəddəratını təyin etmə hüququnun reallaşdırılması yox, aneksiya – bir dövlətin başqa bir dövlətin ərazisini özünə birləşdirmək cəhdi kimi tanıyıb. Martın 16-da Rusiya hərbi qüvvələrinin nəzarəti altında keçirilən referendumu bütün beynəlxalq təşkilatlar qanunsuz adlandırıblar.

Ermənistan da 1980-ci illərin sonrlarında Azərbaycanın Dağlıq Qarabağ regionunu özünə birləşdirmək üçün kampaniya aparıb, sonradan qarşıdurma hərbi müstəviyə keçib.
Azərbaycanda hesab edirlər ki, erməni silahlı qüvvələri Rusiyanın yardımı ilə Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın 7 rayonunu işğal edib, minlərlə sakin qaçqın salınıb.

Azərbaycanla Ermənistan 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da o zamandan bəri aparılan sülh danışıqları hələlik münaqişənin birdəfəlik həllinə nail olmayıb.
XS
SM
MD
LG