Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:56

Ban Ki Moon Rusiya və Ukraynaya gedir


Ban Ki-Moon
Ban Ki-Moon
BMT-nin Baş Katibi Ban Ki Moonun Rusiya və Ukraynaya səfəri gözlənilir.BMT-dən verilən məlumata görə o martın 20-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, 21-də isə yeni Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə yollanacaq.Səfərdə məqsəd iki ölkə arasındakı münaqişəni dinc yolla həllinə çalışmaqdır.

Böyük Britaniyanın baş naziri Devid Kameron bu arada xəbərdarlıq edib ki, əgər Rusiya Krımdan sonra Ukraynaya qarşı bu cür addımlar atsa sənayecə inkişaf etmiş Böyük 8-lər ölkələrindən birdəfəlik çıxarıla bilər.

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden isə martın 19-da Vülnisdə çıxış edərkən Rusiyanın təcridə gedən qaranlıq yolda olduğunu bildirib.
XS
SM
MD
LG