Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:48

Nigar Köçərli istintaqa çağrıldı


Nigar Köçərli
Nigar Köçərli
-
“Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağrılıb. Nigar Köçərlinin AzadlıqRadiosuna dediyinə görə, onun hansı işlə bağlı istintaqa çağrıldığı açıqlanmayıb:

“Özünü Miri Bağırov kimi təqdim edən bir nəfər mənə zəng etdi. Öncə mağazada satıcının istintaqa niyə gəlməməsinin səbəbini soruşdu. Mən satıcımın niyə istintaqa çağrıldığı ilə maraqlandım, mənə çox kobud şəkildə cavab verdi. Sonradan yenidən zəng edib müstəntiq mənim də istintaqa gəlməli olduğumu söylədi”.

Nigar Köçərli müstəntiqə rəmsi çağırış olmadan istintaqa gəlməyəcəyini bildirib. Ona hansı işlə bağlı istintaqa dəvət olunması haqda dəqiq məlumat verilməyib. Nigar Köçərli “Qanun” nəşriyyatına qarşı açılan iş üzrə şahid qismində ifadə vermək üçün istintaqa çağrıldığını ehtimal edir.

“Qanun” nəşriyyatına qarşı Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb. Vergilər nazirliyi “Qanun” nəşriyyatında yoxlama aparıb və nəşriyyatı 150 min manat cərimələyib.
XS
SM
MD
LG