Keçid linkləri

2025, 05 May, Bazar ertəsi, Bakı vaxtı 15:34

Azərbaycanda uşaq filmi çəkiləcək


-
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında uşaqlar üçün “Dəyərli adlar” adlı yeni bədii film çəkiləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadən yaydığı xəbərə görə, film uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyalara münasibətindən bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə uşaq filmi çəkilməyib.

Sovet dövründə çəkilənlər isə elə də çox deyildi – “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Mən mahnı qoşuram”, “Sehrli xalat” və s.
XS
SM
MD
LG