Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:24

Ukrayna Rusiyaya etiraz notası göndərib


Foto arxiv
Foto arxiv
Ukrayna Rusiyanın baş naziri Dimitry Medvedevin Krıma səfərini pisləyib və bunu beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.Ukrayna xarici işlər nazirliyinin sözçüsü Evhen Perebiynis jurnalistlərə bildirib ki, Kiyev buna görə Moskvaya rəsmi etiraz notası göndərib.

Ukraynanın müdafiə nazirliyi isə bu arada bəyan edib ki, Rusiyanın sərhəd bölgəsinə topladığı qoşunların azaldığı, yavaş-yavaş geri çəkildiyi müşahidə olunur.

Qeyd edək ki, Rusiya Ukraynada baş verən son hadisələrə görə onunla sərhəddə xeyli hərbi qüvvə cəmləşdirib.
XS
SM
MD
LG