Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:00

«Gül Bayramı»nın ərazisi genişlənir


«Qış Parkı» boyunca Azərbaycanın tarixi abidələrinin maketləri quraşdırılır.
«Qış Parkı» boyunca Azərbaycanın tarixi abidələrinin maketləri quraşdırılır.
-
Bakıda «Gül Bayramı»na hazırlıqlar başlanıb. Heydər Əliyevin doğum günü – mayın 10-a hələ xeyli qalsa da, «Qış Parkı» indidən həmin bayramdan soraq verir. Bayramın əhatə etdiyi ərazi bu dəfə daha geniş olacaq. Füzuli Meydanından «Qış parkı» da daxil, Mərkəzi Bankadək 1 kilometrə yaxın ərazi gül-çiçəklə bəzənəcək.

Hazırlıq işlərini Bakı şəhər İcra Hakimiyyəti gerçəkləşdirir. Bütün hazırlıqların aprelin 28-dək başa çatdırılması planlaşdırılıb. «Gül Bayramı» hazırlıqları paytaxt sakinlərinin də diqqətini çəkib...

Hazırlıq işləri «Qış Parkı»ndan başlanıb. Park boyunca Azərbaycanın müxtəlif ərazilərindəki tarixi abidələrin maket oxşarları quraşdırılır. Ərazidə çalışan fəhlələrin AzadlıqRadiosuna söylədiyinə görə, Füzuli Meydanından Heydər Əliyev sarayınadək dəhliz formasında çardaq qurulacaq. Çardağın tavan və divarlarından gül-çiçək asılacaq.

«Gül Bayramı» 2004-cü ildən keçirilir. Bu bayrama hər il dünyanın azı 50 ölkəsindən 1 milyondan çox gül gətirildiyi bildirilsə də, buna büdcədən nə qədər pul xərcləndiyi açıqlanmır.
XS
SM
MD
LG