Keçid linkləri

2025, 16 Aprel, çərşənbə, Bakı vaxtı 14:57

Tədris müddətinin uzadılması nəyi dəyişəcək? [Video]


-
Təhsil Nazirliyi tədris müddətinin uzadılmasını təklif edir.

Ekspert Nabatəli Qulamoğlu «İşdən sonra» verilişində Təhsil Nazirliyinin açıqlamasına münasibət bildirib.


Onun fikrincə, tədris müddətinin uzadılması təhsilin keyfiyyətini artırmaq üçün yol deyil:

«Tədris ilinin müddətinin uzadılmasının heç bir effekti olmayacaq. Hakimiyyətin belə bir xüsusiyyəti var ki, nəyisə əsaslandırmaq istəyəndə, dünyadakı müsbət tendensiyalara istinad edir. Dünyada fasiləsiz təhsil doktrinası var və fasiləsiz təhsil verən müəssisələr əsasən özəl məktəblərdir. Çünki onların maddi marağı var bunda. Lakin Azərbaycanda bu, mümkündürmü? Təhsil Nazirliyi bu standartı bu il üçün nəzərdə tutmayıb. Gələcəkdə ola bilər ki, dərslər mayın sonu yox, iyun ayında bitsin. Ancaq isti havada dərsin keyfiyyəti nə dərəcədə yüksək olacaq? Düşünürəm ki, iyun ayında dərs sadəcə bir siyahı xətrinə olacaq. Belə bir addım müəllimləri də narazı sala bilər, çünki əmək haqları azdır. Bu dəyişiklik onların ürəklərincə olmayacaq, dərsləri həvəssiz keçəcəklər. Tədris müddətini bayram günlərini azaltmaqla uzatmaq daha məqsədəuyğun olar...».
XS
SM
MD
LG