Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Bakıda polis 40-dan çox “nurçu” saxlayıb


Arxiv fotosu.
Arxiv fotosu.
Yasamal rayon Polis İdarəsindən APA informasiya agentliyinə verilən məlumata görə, aprelin 12-i gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparılıb.

Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və buraxılıb. Hazırda isə Yasamal Rayon Polis İdarəsində 9 nəfər saxlanır.

Polisdən bildirilib ki, həmin şəxslərin də izahatları alındıqdan sonra azad olunacaqlar.
“Nur təriqətinə” məxsus olduğunu deyən şəxslərdən biri ANS PRESS-ə açıqlamasında saxlanılan şəxslərin nurçu olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir:

“Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil orderlə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Ora bir kişinin evidir, mülküdür. O evin sahibi Hacıdır. Qanunsuz şəkildə gəlib evə giriblər, sanki orada terrorçular yaşayır”.

Türkiyədə hökuməti bu təriqəti dövlət rəhbərlərinin telefon danışıqlarını gizli yazıb mediaya ötürmək, qeyri-sabitlik yaratmaq və başqa cinayətlərdə ittiham edir. Aprelin əvvəlində Bakıda səfərdə olan Türkiyənin Baş naziri Recep Tayyib Erdogan Azərbaycanda da “nurçu” problemini müzakirə etdiyini bildirib.

Onun səfərindən az əvvəl Azərbaycanda medianın həmin təriqətə mənsub şəxs kimi təqdim etdiyi Prezident Administrasiyasının rəsmisi Elnur Aslanov vəzifəsindən kənarlaşdırılmışdı.
XS
SM
MD
LG