Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:07

Bloqqer Əbdül Əbilovun məhkəməsi başladı


Əbdül Əbilov
Əbdül Əbilov
-
Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Əbdül Əbilovun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Vəkil Xalid Bağırovun qaldırdığı vəsatətlərdən yalnız biri təmin olunub. Məhkəmə Əbdül Əbilovun mənzilində axtarış aparılarkən orada olmuş Ramil Əhmədov və ana Nurcahan Əbilovanın şahid qismində dindirilməsini istəyib. Məhkəmə işini aprelin 24-ü davam etdirəcək.

Vəkil Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, «Əbdül Əbilov haqqında 3 aylıq həbs müddətinin martın 22-də bitməsinə baxmayaraq, o, bir aya yaxındır ki, qanunsuz olaraq həbsdə saxlanır».

Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. Vəkil deyir ki, «bu, «facebook» fəallarının maddəsi olduğu üçün Əbdül Əbdülova da belə bir ittiham irəli sürülüb».
Əbdül Əbdülov «facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
XS
SM
MD
LG